İmtahan üsulu kimi testin taleyi hələ məlum deyil
Bakı/24.08.17/Turan: Dövlət İmtahan Mərkəzi (DİM) Azərbaycanda test imtahanının ləğv olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. DİM-in bununla bağlı məlumatında deyilir ki, hazırda Təhsil Nazirliyi ilə DİM yeni imtahan modelləri üzərində müzakirələr aparır. Dəyişikliklərin, yeni modelin sentyabrda ictimaiyyətə təqdim olunması nəzərdə tutulur. Ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirirlər.
Qurumun açıqlamasına görə, yeni model hazırlanma mərhələsində olduğu üçün gələcəkdə imtahan formatının necə olacağını indidən demək çətindir, müzakirələr bitdikdən, hüquqi normativ sənədlər hazırlandıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.
Xatırladaq ki, Azərbaycanda test üsulu ilə imtahan verilməsi 1992-ci ildən həyata keçirilir. 1992-ci ildən 2016-cı ilə kimi DİM Tələbə Qəbulu üzrə Dövlət Komissiyası statusunda qəbul imtahanlarını həyata keçirən qurum kimi fəaliyyət gösətrib. 2016-cı ildən TQDK Dövlət Qulluğuna Qəbul Məsələləri üzrə Komissiya ilə birləşdirilərək Dövlət İmtahan Mərkəzi publik şəxs statusunda fəaliyyət göstərir.
-
- Maliyyə
- 24 Avqust 2017 14:53
-
- İqtisadiyyat
- 24 Avqust 2017 15:26
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz