İtkin düşən alpinistlərin axtarışı nəticəsizdir
Bakı/18.01.18/Turan: Yanvarın 17-də FHN-in xilasediciləri dekabrda Tufandağda itkin düşən üç alpinistin axtarışını davam etdiriblər.
FHN mətbuat xidmətinin məlumatına görə, axtarışlar 3000-3200 m. yüksəklikdə xüsusi texnika və vasitələrin tətbiqilə aparılır. Hələlik axtarış nəticə verməyib.
Xatırladaq ki, üç alpinist - Namin Bünyadov, Babur Hüseynov və Fəridə Cəbrayılzadə dekabrın 24-də itkin düşüblər. Onlar Xınalıq kəndindən dekabrın 23-də çıxıblar və növbəti gün Tufandağa (4195 m.) qalxmalı idilər.
Bəzi məlumatlara görə, itkin düşənlərin axtarışı dekabrın 26-da, digər məlumatlara görə, dekabrın 27-də başlayıb.
Mütəxəssislər ehtimal edirlər ki, alpinistlər dağ yamaclarından birində uçqun altında qalıblar.
Üç həftə aparılan axtarışlar nəticəsində nə alpinistlərin özlərini, nə də bir iz tapmaq mümkün olmayıb.
Axtarış aparanların sözlərinə görə, uçqun yerində qar örtüyünün hündürlüyü 8 metrə qədərdir. -02D-
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz