![Avropa məhkəməsi jurnalist Müşfiq Hüseynovun şikayətini təmin edib](https://turan.az/resized/media/2018/main/011800006911-750-500-resize.webp)
Avropa məhkəməsi jurnalist Müşfiq Hüseynovun şikayətini təmin edib
Bakı/18.01.18/Turan: Yanvarın 18-də Avropa İnsan Hüquqları Məhkəməsi "Bizim Yol" qəzetinin müxbiri Müşfiq Hüseynovun hüquqlarının pozulması barədə şikayətini təmin etib.
Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin Avropa İnsan Hüquqları Konvensiyasının 5.3 (azadlıq və toxunulmazlıq hüququ) və 6.2 (ədalətli Məhkəmə araşdırması hüququ) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu tanıyıb və buna görə 4.000 avro kompensasiyanın ödənilməsi barədə qərar qəbul edib. Bu barədə Turan-a jurnalistin hüquqlarını Avropa Məhkəməsində müdafiə edən nümayəndə Samirə Ağayeva deyib.
M.Hüseynov 2007-ci ildə Azərbaycan Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) ilə təqsirli bilinərək həbs edilib. 2009-cu ilin dekabrında prezident sərəncamı ilə əfv olunub. Jurnalistin hüquqlarını yerli məhkəmələrdən mərhum vəkil İsaxan Aşurov müdafiə edib. Məhkəmə qərarından Avropa məhkəməsinə şikayət 2008-ci ildə göndərilib, 2016-cı ildə son kommunikasiya bitib.-03B-
Siyasət
-
Fevralın 5-də axşam jurnalist Şahnaz Bəylərqızının saxlanıldığı məlum olub. Bir neçə il əvvəl o, “Toplum” TV-nin aparıcısı olub.
-
Dövlət başçısının 5 fevral tarixli sərəncamı ilə Muxtar Babayev prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib.
-
Fevralın 5-də prezident İlham Əliyev Ukraynaya humanitar yardımın göstərilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, Azərbaycanda istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Energetika Nazirliyinə 1 milyon ABŞ dolları ayrılıb.
-
Fevralın 5-də Səbail Rayon Məhkəməsində “Kanal-13” İnternet- nəşrin rəhbəri əziz Orucovun işi üzrə proses davam edib.
Rəy yaz