
Bakı/15.08.17/Turan: Qaradağ Rayon Məhkəməsi Nardaran hadisələri ilə əlaqədar 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncələrə məruz qalması barədə şikayətinə baxmaqdan imtina edib.
Vəkil Yalçın İmanov Turan-a bildirib ki, məhkəmə bunu onunla əsaslandırıb ki, bu cür ərizələrə məhkəmə nəzarəti qaydasında baxmır.
Vəkil bunu qanunsuz adlandırıb və apellyasiya vermək niyyətindədir.
Avqustun 8-də Y.İmanov Qobustan həbsxanasında A.Hüseynova baş çəkib. Məhbus iyulun 22-də Qobustan həbsxanasına köçürüldükdən sonra sistematik işgəncələrə məruz qaldığını bildirib.
Lakin Penitensiar Xidmətdə A.Hüseynovun işgəncələr barədə bəyanatını təkzib ediblər.
*Abbas Hüseynov 2015-ci ilin noyabrında Nardaranda keçirilən xüsusi əməliyyat zamanı həbs olunub. 2017-ci ilin yanvarında məhkəmə onu ağır cinayətlər törətməkdə - konstitusion quruluşu dəyişməyə cəhd, terrorizm, qətl və s. ittiham edərək 20 il azadlıqdan məhrum edib. -05B06-
Rəy yaz