Prokurorluq hüquqşünas İntiqam Əliyevin ofisini geri qaytarıb
Bakı/14.09.19/Turan: Baş Prokurorluq tanınmış hüquqşünas İntiqam Əliyevin rəhbərlik etdyi Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisini gözlənilmədən özünə qaytarıb. Ofis beş il öncə İ.Əliyev həbs edilərkən möhürlənmişdi.
Bu müddətdə ofisin mülkiyyətçisi və təşkilat özü prokurorluqdan ofisin qaytarılmasını tələb edib, amma nəticəsi olmayıb. Lakin sentyabrın 12-də prokurorluqdan İ.Əliyevə telefon edərək təcili ofisə gəlməsini xahiş ediblər. Ertəsi gün ofis və 2014-cü ilin avqustunda qanunsuz götürülmüş bütün sənədlər İ.Əliyevə qaytarılıb.
"Yerli məhkəmələrdə, həmçinin Avropa İnsan Hüquqları Məhkməsində apardığımız işlərə dair materialları geri qaytardılar. Yeri gəlmişkən, həmin işlər üzrə kommunikasiya zamanı hökumət daim bildirirdi ki, guya bütün sənədləri 2015-ci ilin oktyabrında mənim vəkilimə veriblər. Dünən 150-dən çox işi mənə qaytardılar", - İ.Əliyev Turan agentliyinə bildirib. Həmçinin 2015-ci ildə aparılmış axtarış zamanı qanunsuz müsadirə edilmiş maliyyə sənədləri də qaytarılıb.
O, belə dönüşün dəqiq səbəblərini açıqlamağa çətinlik çəkib. Lakin ola bilsin ki, bu, AŞPA prezidentinin bu yaxınlarda Bakıya səfəri ilə əlaqədardır.
Həmin günlərdə Avropa Şurası insan hüquqları və qanunun aliliyi üzrə direktorluğun rəhbəri Xristos Sakumopulosun səfəri olub. O, baş prokuror Zakir Qaralov ilə görüşüb. Bəzi məlumatlara görə, Strasburq təmsilçisi insan hüquqlarının pozulması və QHT-lərin fəaliyyətinin məhdudlaşdırılması məsələsini ciddi şəkildə qaldırıb.
Bununla yanaşı İ.Əliyevə qarşı bəzi məhdudiyyətlər davam edir. Belə ki, təşkilatın bank hesabları və onun şəxsi hesabı həbs altındadır və onun ölkədən çıxışına qadağa qoyulub.
İ.Əliyev vəkillik fəaliyyəti ilə məşğul ola bilmir. Halbuki, AİHM-in qərarına görə, Vəkillər Kollegiyasının İ.Əliyevi və digər tanınmış hüquqşünas Ənnağı Hacıbəylini bu quruma qəbul etməkdən imtina etməsi qanunsuzdur.
Bundan əlavə, 2014-cü ildən İ.Əliyevə AİHM-də qazanılan işlər üzrə hüquqi xidmətlərə görə qonorar ödənilmir.
İ.Əliyev hesab edir ki, hakimiyyət fəalların üzərindən məhdudiyyətləri "doza" ilə götürür və onların işlərindən beynəlxalq təşkilatlarla alver predmeti kimi istifadə edir.
İ.Əliyev 2014-cü ilin avqustunda həbs olunmuşdu və mənimsəmə, vergidən yayınma ittihamı ilə 7,5 il azadlıqdan məhrum edilmişdi.
Amnesty İnternational beynəlxalq təşkilatı onu "vicdan məhbusu" kimi tanıyıb. 2016-cı il martın 28-də Azərbaycan Ali Məhkəməsi İntiqam Əliyevin real həbs müddətini şərti cəza ilə əvəzləyərək onu azad edib.-06B-
-
- Cəmiyyət
- 14 Sentyabr 2019 11:21
-
- Kənd təsərrüfatı
- 14 Sentyabr 2019 17:22
Cəmiyyət
-
Azərbaycan hakimiyyətinin təmsilçiləri tez-tez xalqın onlara yüksək dəstəyindən bəhs edirlər. Onların opponentləri isə hesab edirlər ki, ölkədə azad və ədalətli seçkilər olmadığından xalqın gerçəkdə kimi müdafiə etdiyi mübahisəli məsələdir.
-
Yanvarın 24-də Bakıda hava tutqun, yağıntısız olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-8 dərəcə, gündüz 8-11 dərəcə isti olacaq. Nisbi rütubət 70-80% təşkil edəcək.
-
Yanvarın 20-də "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 80 kiloqram 685 qram narkotik vasitə (77 kq 645 qram marixuana, 3 kq 35 qram heroin, 5 qram tiryək),1000 ədəd narkotik tərkibli metadon M-40 və 245 ədəd müxtəlif tərkibli dərman həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikası ərazisindən Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
-
Artıq bütün Azercell müştəriləri süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətindən yararlana bilərlər Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır.
Trampın gəlişi dünyaya, regiona nə vəd edir? – Zərdüşt Əlizadə Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 15:22
- 321
-
- Bazarların icmalı,
- 14:22
- 262
Rəy yaz