Rusiyalı blogeri Azərbaycana buraxmayıblar
Bakı/03.11.18/Turan: Tanınmış bloger İlya Varlamovu Azərbaycana buraxmayıblar, bildiriblər ki, onun ölkədə olması arzuedilən deyil.
Bloger sosial şəbəkədə yazıb ki, Bakı aeroportunda pasport nəzarətində onu saxlayıblar və bir neçə saatdan sonra bildiriblər ki, deportasiya olunmalıdır.
"Suallarınıza dərhal cavab verirəm: "Heç zaman Dağlıq Qarabağda səfərdə olmamışam, Azərbaycan qanunvericiliyin pozmamışam. Ola bilər ki, səbəb mənim Bakı barədəki keçmiş yazılarımla bağlıdır. Burada isə Azərbaycan XİN bilir ki, nədən inciyib", - İ.Varlamov öz bloqunda yazıb.
O deyib ki, öz hesabına bilet alaraq İstanbula getməyə razılaşıb.
İ.Varlamovun Azərbaycan paytaxtı haqda yazdığı postların sırasında "Pis Bakı", "Ölü Bakı", "Bakı: təhlükəli və narahat şəhər" və s. var. Bloger həmçinin Twitter səhifəsində qeyd edib ki, altı ölkəyə səfərinə qadağa qoyulub.-02D-
-
- Cəmiyyət
- 3 Noyabr 2018 12:59
Cəmiyyət
-
İmişli rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində iki uşaq ölüb, üçü yaralandığı bildirilir. Daxli İşlər Nazirliyinin mətbuat xidmətindən Turana bildirilib ki, xidmətə gedən Dövlət Yol Polisi avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Yanvarın 19-da səhər və axşam paytaxtda yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 3+6, gündüz müsbət 7+11 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Azərbaycanda meymunçiçəyi virusuna yoluxma ilə bağlı ilk hal aşkarlanıb. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) 18 yanvar tarixli birgə məlumatında deyilir.
Rəy yaz