
Sabah yağıntısız, amma küləkli, dumanlı hava şəraiti gözlənilıir
Bakı/26.12.23/Turan: Sabah, dekabrın 27-də Bakıda və Abşeron yarımadasında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometerorologiya Xidmətinin məlumatına görə, mülayim cənub-qərb küləyinin axşama doğru arabir güclənəcəyi ehtimal edilir.
Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında da yağmursuz hava şəraiti gözlənilir. Bəzi rayonlarda arabir duman olacağı, mülayim qərb küləyinin axşam arabir güclənəcəyi ehtimal olunur.
Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Rəy yaz