
Açiq mənbələrdən foto.
Bakı/01.04.22/Turan: Aprelin 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.
Havanın temperaturu Bakıda gecə 8-10 dərəcə isti, gündüz 16-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da hava şərati əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq. -05D-
Rəy yaz