
Açiq mənbələrdən foto.
Bakı/21.12.21/Turan: Sinoptiklər Azərbaycanda hava şəraitinin kəskin dəyişəcəyini proqnozlaşdırırlar.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya xidmətinin məlumatına görə, dekabrın 22-dən 25-dək Bakıda və Abşeronda yağıntı gözlənilir. Dekabrın 23-də və 24-də bəzi yerlərdə sulu qar və qar yağacaq.
Dekabrın 23-də şimal-qərb küləyinin sürəti saniyədə 15-18 metr, bəzən isə 20-23 metrə çatacaq.
Əvvəlki günlərlə müqayisədə havanın temperaturu 5-8 dərəcə enəcək.
Ölkənin bir sıra rayonlarında da yağıntı gözlənilir.
Dağlıq və dağətəyi ərazilərdə yollar buz bağlayacaq. -05D06-
Rəy yaz