Tural Mustafayev kömək istəyir?
Jurnalist Xədicə İsmayılovanın həbsinə səbəb olan Tural Mustafayev özü kömək istəyr. Belə ki, dekabrın 26-da o, özünün Facebook səhifəsində yazıb ki, X.İsmayılovaya qarşı iddiasından imtina edir və öz şikayətini geri götürmək istəyir.
Eyni zamanda yazıb ki, onu həbs təhlükəsi gözləyir və qorxur ki, öz ərizəsini geri götürməyə vaxtı çatmaz. T.Mustafayev həmçinin yazıb ki, təcili olaraq müstəqil vəkilə ehtiyacı var.
Onun sözlərinə görə, sahə müvəkkili artıq onun evinə gəlib.
Sonra yazıb ki, əgər onunla əlaqə kəsilərsə atasının telefon nömrəsinə zəng etsinlər. Bir qədər sonra isə saxlandığını bildirib.
Turan-ın T.Mustafayevin qoyduğu telefon nomrələrinə zəng etmək cəhdləri baş tutmayıb. Zənglərə heç kim cavab verməyib, sonra telefon söndürülüb.
T.Mustafayevin atası oğlunun yazdıqlarından təəccüblənib və deyib ki, “Tural uşaqlarla çay içməyə gedib”. Sonradan atasının telefon nömrəsinə də cavab verən olmayıb.
Hüquq-mühafizə orqanlarından şərh almaq mümkün olmayıb.
T.Mustafayevin ətrafının məlumatına görə, bu gün o, ölkədən çıxmaq istəyib, lakin hava limanında saxlanılıb.
Xatırladaq ki, Tural Mustafayev Xədicə İsmayılovanı onu özünü öldürmə həddinə çatdırmaqda ittiham edib. Bu şikayətin əsasında jurnalist həbs olunub.—06D-
-
- Foto sessiyalar
- 27 Dekabr 2014 13:27
Cəmiyyət
-
Fevralın 4-də Bakıda hava dəyişkən olacaq, yağıntı olmayacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 4 +7, gündüz müsbət 8 + 13 dərəcə olacaq. Rütubət 70-80 faiz olacaq.
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
Rəy yaz