AZADLIQ RADİOSUNUN ƏMƏKDAŞLARI KÜTLƏVİ ŞƏKİLDƏ PROKURORLUĞA DİNDİRİLMƏYƏ ÇAĞIRILIR
AzadlıqRadiosunun Bakı bürosunun ofisinin möhürlənməsindən sonra əməkdaşlarımız kütləvi şəkildə prokurorluğa çağırılır. Prokurorluq əməkdaşları hətta jurnalistləri gecə saatlarında da dindirməyə cəhd edirlər.
Jurnalistlər vəkkillərinin iştirakı üçün vaxt istəsələr də onları hətta zorla dindirilməyə gətiriləcəklərini deyirlər.
Artıq əməkdaşlardan bir neçəsi, hətta müxtəlif bölgələrdə çalışan müxbirlərimizi yerli prokurorluqlara çağırıb dindirirlər.
Vəkil Yalçın İmanov bildirir ki, jurnalistlərin tez-tələsik kollektiv şəkildə istintaqa cəlb edilməsinin niyyətini anlamaq çətindir. Dindirilməyə çağırılan bu sayda jurnalistlə müqavilələrin imzalanması, etibarnəmələrin hazırlanması iş günü olmadığı üçün zaman tələb edir: "Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi İqbal Hüseynov bununla bağlı mənə də zəng etdi. İzah etdim ki, jurnalistlərin vəkilin iştirakı olmadan dindirilməsi bizə qeyri-hüquqi niyyətlərdən xəbər verir. Ona görə də hər kəsin vəkillə təmin olunması üçün bir qədər zaman verilməsini istədik. Hələlik jurnalistlərin dindirilməsinin gələn həftənin əvvəlinə saxlanmasına ilkin olaraq razılaşıblar" - deyə vəkil bildirib. -0-
Siyasət
-
"Bütün siyasi məhbusların azad olunmasını tələb edirik. Siyasi məhbusların sağlıq durumuna görə hakimiyyət məsuliyyət daşıyır", - fevralın 3-də Müsavat Partiyası Divanının (İdarə Heyəti) iclasında bildirilib.
-
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalanın Qafqazinfo.az İnternet- nəşrə qarşı iddiasına baxılması əsassız olaraq yubadılır. Babalı “Abzas Media” nəşrinin işi üzrə həbs edilib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.
-
Azərbaycanda amnistiya aktının qəbuluna ehtiyac var. Bu barədə fevralın 3-də Milli Məclisin iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Rəy yaz