Baş prokurorluq ifadə azadlığına qarşı? – Xalid Ağəliyev saat 16:00-da “Çətin sual" qarşısında
Eyni zamanda, jurnalist Səxavət Məmməd və “Jamaz.info” saytının redaktoru Fikrət Fərəməzoğlu yazılarına görə hər biri 500 manat cərimə olunublar. Fevralın 3-də Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun “Azərmedia” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiasına baxacaq.İddiada cəmiyyətin təsisçisi olduğu “Yeni avaz” saytının “Facebook” səhifəsində yazılan şərhlər əsas göstərilir.
Nə baş verir? Baş prokurorluq “senzor” rolunda çıxış edir?
Media Hüququ qrupunun rəhbəri Xalid Ağəliyev Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində bu və digər suallara cavab verir.
Çətin sual
-
Yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkilərində iştirak 31,45 faiz təşkil edib. Bu barədə MSK-dan məlumat verilib.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlasa da, orada Azərbaycan nümayəndə heyəti yoxdur.
-
Son günlər Azərbaycanın hökumətyönlü mediasında xeyli təəccüb və sual yaradan - Rusiyaya qarşı aparılan ənənədən uzaq olan propaqanda, Rus evində casus axtarışı, Milli Şuranın Rusiya ilə bağlamaq cəhdləri barədə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
-
ABŞ-nin yeni Prezidenti Donald Trampın dünya və regionla bağlı siyasəti, Azərbaycanın iqtidar rəsmilərinin onun siyasətindən gözləntiləri barədə Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist Aleks Raufoğlu Kamran Mahmudovun təqdimatında yayımlanan “Çətin sual” verilişində danışır.
Rəy yaz