«Old Line Trading Company» - maye xlorun qiyməti əsaslıdır
Bakı/06.03.20/Turan: «Old Line Trading Company» MMC-nin rəhbərliyi Turan Agentliyinin 3 mart tarixli "Azərsu” maye xloru baha qiymətə alır" məqaləsinə cavab olaraq açıqlama verib. Şirkət hesab edir ki, bu məlumat "həqiqətləri təhrif etmək və yanlış verməklə" onun nüfuzuna xələl gətirir.
“Biz fəxr edirik ki, xlor tədarükü üçün açıq tenderlər şirkətimiz tərəfindən üçüncü ildir ki, ən aşağı qiymət, ən yaxşı ödəmə şərtləri və tədarük olunan maddənin həddindən artıq toksikliyi kimi meyarlara cavab verdiyi üçün qalib gəlir. Tenderlər “Dövlət satınalmaları haqqında” AR Qanununa tam uyğundur və ən azı üç ərizəçinin iştirakı, ədalətli rəqabət təmin edilib, alıcı tərəfi şişirdilmiş qiymətdən və digər risklərdən qorunub, deyə açıqlamada bildirilir.
2020-ci ildə 1380 ton maye xlor tədarükü üzrə tender 18% ƏDV daxil olmaqla məqalədə göstərilən qiymətlə qazanılıb. Şirkətin açıqlamasında vurğulanır ki, bu qiyməti 18% ƏDV daxil olmayan idxal zamanı elan edilmiş qiymətlə müqayisə etmək yanlışdır və çaşqınlıq yaradır. Müvafiq olaraq, 2020-ci ildə xlorun satış qiyməti 805.10 yox, 682.35 ABŞ dolları təşkil edib.
Şirkət iddia edir ki, 2020-ci ildə tender 2019-cu ildəki qiymətdən 2.6% aşağı qiymətə qazanılıb. "Nəzərə almaq lazımdır ki, istehsalçı zavodun 2019-cu ildən xlorun qiymətini 20% qaldırmasına baxmayaraq, «Old Line Trading Company» şirkətinin təklifi yalnız 12% artımla “Azərsu" tərəfindən ən yaxşı kimi seçilib.
Tədarükün qiymətinə Rusiya rublunun tez-tez dəyişən məzənnəsi də təsir edir. "Ədalət naminə qeyd etmək lazımdır ki, xlorun alınması volatil rublla həyata keçirilir, satış isə manatla ödənilir ki, bu da bəzən tədarüklərin gəlirliliyinə mənfi təsir göstərir".
Bundan əlavə bəyanatda deyilir ki, 2019-cu il üçün müqavilə dəyərinin açıqlanmaması barədə deyilənlər həqiqətə uyğun deyil, çünki bütün dövlət satınalmalarının nəticələri ictimaiyyətə elan olunur. “2016-2018-ci illər ərzində şirkətimizə 3,5 milyon manatdan çox pul ödənildiyi barədə deyilənlər də düzgün deyil. Bu müddət ərzində "Azərsu"dan edilən bütün ödənişlərin məbləği 2,5 milyon manata yaxındır.
"Yuxarıda göstərilənlərə əsasən, «Old Line Trading Company» rəhbərliyi bəyan edir ki, məqalə həqiqəti əks etdirmir, şirkətinin imicinə xələl gətirir, onu vicdansız bir tədarükçü, müştərini isə vicdansız alıcı kimi təqdim edir. Eyni zamanda, qərəzsiz, müstəqil və dürüstlük prinsiplərinə əsaslanan peşəkar jurnalistikaya hörmətlə yanaşmağımızı qeyd etməyi vacib sayırıq", deyə bəyanatda bildirilir.
Öz növbəsində “Turan” İnformasiya Agentliyi bəyan edir ki, “Azərsu” maye xloru baha qiymətə alır” məqaləsi ilkin faktlar əsasında hazırlanıb və heç bir şəkildə heç bir şirkətin nüfuzuna xələl gətirmək məqsədi daşımır. Agentlik heç bir sahibkarlıq subyektinə, o cümlədən «Old Line Trading Company» şirkətinə qarşı qərəzi olmadığını vurğulayır. --08D -
-
- Cəmiyyət
- 6 Mart 2020 13:57
İqtisadiyyat
-
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin mühüm halqası olaraq, 2024-cü ildə 7,6 milyon ton yük qəbul edib ki, bu da əvvəlki illə müqayisədə 3,2% artım deməkdir. Bu artım limanın qlobal ticarətdə artan rolunu və Çin, Türkiyə, Gürcüstan, İran və Rusiya kimi ölkələr üçün tranzit qovşağı kimi əhəmiyyətini vurğulayır.
-
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi Milli Neft Şirkətindən (ADNOC) şelfdə yerləşən SARB və Umm Lulu konsessiyasındakı 3%-lik payı 285 milyon dollara alıb. Bu, iki ölkə arasında enerji əlaqələrinin dərinləşdirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilir. Müqavilə 2024-cü ilin may ayında bağlanıb və 2025-ci ilin yanvarında yekunlaşıb.
-
Bakı Kiçik və Orta Biznes (KOB) Evi və Miniboss Biznes Məktəbi uşaqlarda sahibkarlıq bacarıqlarının inkişafına yönəlmiş anlaşma memorandumu imzalayıblar. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) bazar ertəsi məlumat yayıb.
-
2025-ci ildə Azərbaycanın informasiya təhlükəsizliyi və rəqəmsal infrastrukturu təzyiq altında qalır, çünki ekspertlər Milli İnternet Mübadilə Mərkəzinin (İnternet Exchange Point - IXP) olmamasını vurğulayırlar. Multimediya QHT-nin rəhbəri Osman Gündüz İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyini (İKTA) əsas provayderlər olan Azertelecom, Delta Telecom, AzTelekom və qlobal sənaye liderləri ilə əməkdaşlıq edərək Milli İnternet Mübadilə Mərkəzinin yaradılmasına rəhbərlik etməyə çağırıb.
Rəy yaz