İraqdan Azərbaycana 82 uşaq deportasiya olunub
Bakı/06.03.20/Turan: İŞİD-ə qoşulduqlarına görə həbs edilmiş anaları ilə birlikdə saxlanılan 82 uşaq İraqdan Azərbaycana deportasiya olunub. "Amerikanın Səsi"nin Azərbaycan xidmətinin yaydığı məlumata görə, bu barədə İraq XİN-in rəsmi nümayəndəsi Əhməd əl-Səhəf bildirib.
Uşaqlar ona görə Bakıya göndərilib ki, onların anası və ya atası, yaxud hər iki valideyni İraqa Azərbaycandan gəlib.
İraqdan deportasiya olunan uşaqların ümumi sayı 828 nəfər təşkil edib.
Rəsmi Bakı hələlik uşaqların Azərbaycana deportasiyası ilə bağlı şərh vermir. -06D-
-
- İqtisadiyyat
- 6 Mart 2020 14:24
Cəmiyyət
-
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında yanvarın 15-də hava əsasən dəyişkən buludlu, ara-sıra tutulmalı, ümumən yağmursuz keçəcək. Lakin gecə və səhər saatlarında bəzi yerlərdə çiskin müşahidə oluna bilər.
-
Yanvarın 14-də Ermənistan və Amerika Birləşmiş Ştatları (ABŞ) arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı. ABŞ Dövlət katibi Antoni Blinken bu sənədlə bağlı danışarkən vurğulayıb ki, onlar Ermənistanla onun suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün səyləri gücləndirmək üzərində işləyirlər. O, strateji tərəfdaşlıq haqqında sənədin “daha dayanıqlı, dinc, təhlükəsiz və müstəqil” Cənubi Qafqazın yaradılmasına töhfə verəcəyinə əminliyini ifadə edib.
-
Məmnuniyyətlə bildiririk ki, saytın normal fəaliyyəti artıq tam şəkildə bərpa olunub.
-
Kömək üçün Turan agentliyinə müraciət edən və adının açıqlanmasını istəməyən zərərçəkən bildirib ki, 2024-cü ilin iyulunda öz evinin rekonstruksiyası üçün "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti ilə rəsmi müqavilə bağlayıb: "Bu 58 000 manatlıq müqavilə idi. Mən “Algaplaza”da şirkətin ofisində 44 000 manat ödədim və qalan məbləği də açarları təhvil verərkən ödəmək niyyətində idim.
Rəy yaz