Yunis Səfərovun işi üzrə proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək
Bakı/06.03.20/Turan: Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdində təqsirləndirilən şəxslərin işi üzrə proses Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdiriləcək. İşə Əfqan Hacıyevin sədrliyilə məhkəmə heyəti baxacaq.
Növbəti iclas martın 18-nə təyin olunub. İş üzrə E.Vəliyevə qarşı sui-qəsd törətmiş Yunis Səfərov və digər 12 nəfər keçir.
Bundan öncə işə Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən Bakının Sabunçu Rayon Məhkəməsinin binasında baxılıb. Lakin fevralın 17-də vəkillər prosesin Gəncədə və ya Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməsi barədə vəsatət qaldırıblar, çünki Sabunçu məhkəməsinin zalı olduqca kiçikdir.
O vaxt vəkillər məhkəmə heyətinə etiraz etmişdilər, çünki hakim Natiq Əliyevin zərərçəkmiş şəxsin- Gəncənin keçmiş başçısı Elmar Vəliyevin qohumudur.
Məhkəmə ikinci vəsatətə cavab verməyib.
*2018-ci il iyulun 3-də Gəncədə şəhərin o zamankı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd törədilib. Əslən Gəncədən olan Yunis Səfərov onu və onun cangüdənini yaralayıb. Bundan sonra sosial şəbəkələrdə iyulun 10-na Gəncə administrasiyasının binası qarşısında E.Vəliyevə etiraz olaraq aksiya təyin edilib. Həmin gün şəhərdə iğtişaşlar baş verib. Hadisələr zamanı iki polis əməkdaşı öldürülüb. Bunun ardınca dindarlar və digər şəxslər arasında kütləvi həbslər baş verib.
Bu hadisələrlə bağlı 70 nəfərə qarşı cinayət işi açılıb. Təqsirləndirilən şəxslərə 6 ildən 18 ilədək həbs cəzası verilib. 10-a yaxın adam şərti olaraq azad edilib.
Həbs olunan iki qrupun işinə Apellyasiya Məhkəməsində baxılır.
Y.Səfərov və bir qrup şəxsin məhkəməsi yanvar ayında başlayıb. İş üzrə keçən digər iki nəfər güc qurumlarının xüsusi əməliyyatı zamanı məhv edilib.06D-
-
- İqtisadiyyat
- 6 Mart 2020 13:38
-
- Cəmiyyət
- 6 Mart 2020 13:57
Cəmiyyət
-
Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir
-
AZAL təyyarəsinin qara qutuları Braziliyadan Qazaxıstana qaytarılıb və 25 dekabrda Aktau Hava Limanı yaxınlığında baş verən aviasiya qəzasının təhlili üçün araşdırma komissiyasına təqdim edilib. Bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.
-
Yanvarın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.
-
Kəlbəcər rayonunda Müdafiə Nazirliyinin hərbi qulluqçusu Baxşəliyev Adil Baxşəli oğlu silahdan atəş açaraq intihar edib.
Rəy yaz