
Rüstəm İbrahimbəyov Rusiya Kino Akademiyasının mükafatını alacaq
Moskva/05.03.20/Turan: Bu il Rusiya Kino Akademiyasının “Nika” kino mükafatına Rusiya Kinematoqrafiya Sənətləri Akademiyasının vitse-prezidenti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycanın xalq yazıçısı Rüstəm İbrahimbəyov layiq görülüb.
Münsiflər Heyətinin ötən gün keçirdiyi səsverməsinin nəticələri belədir. Bu barədə Turan-a Azərbaycan Kinematoqrafçılar İttifaqından bildiriblər.
Mənbənin məlumatına görə, R.İbrahimbəyov bu mükafata “Şərəf və ləyaqətə görə” nominasiyasında layiq görülüb.
Bu il nominasiyaların sayına (9) görə lider Andrey Smirnovun “Fransız” filmi olub.-02D-
-
- Analitika
- 5 Mart 2020 11:25
Mədəniyyət
-
11 fevralda Bakıda yerləşən Ritual Teatr və Yaradıcılıq Laboratoriyasında “Bakının Əriyən Qar Hekayələri” adlı güclü sənədli teatr tamaşası nümayiş etdirildi. Bu tamaşa, məkan əsaslı teatr üzrə keçirilən bir işgüzar məşğələni yekunlaşdırır. Məşğələdə müxtəlif yaş qruplarından 15 sənətçi iştirak edib, hamısı hekayə anlatımının transformativ gücünü istifadə edərək iqlim dəyişikliyini araşdırmağa çalışıb. Tədbir, Böyük Britaniyalı rejissor Sebastian Harcombe (SECRET/HEART Theatre Company) və Ritual Teatrın rəhbəri Aynur Zərrintac tərəfindən idarə edilib və Britaniya Şurası tərəfindən dəstəklənib.
-
Nizami Kino Mərkəzində Elməddin Alıyevin "Qayıdış" tammetrajlı sənədli filminin təqdimat mərasimi keçirilib. Film Qarabağ münaqişəsindən sonra doğma yurdlarına qayıdan bir arıçı ailəsinin hekayəsini izləyicilərə göstərir.
-
Azərbaycanda elektron musiqi səhnəsi son illərdə canlansa da, bu sahədə qadın DJ-lərin sayı hələ də məhduddur. Musiqi sənayesində öz yerini tutmaq istəyən qadınlar təkcə texniki bacarıqları ilə deyil, həm də cəmiyyətin onlara biçdiyi rollarla və gender balanssızlığı ilə mübarizə aparmalı olurlar.
-
Dünyada dayanıqlılıq təşəbbüsləri sürətlə artarkən, Avropa İttifaqının "Yaşıl Gələcək 2025" müsabiqəsi Azərbaycanda gənc innovatorlar üçün ekoloji problemlərə biznes yönümlü həllər təqdim etməyə imkan yaradan bir platformaya çevrilib. Bakıda keçirilən bu müsabiqənin dördüncü buraxılışı Azərbaycanlı gənclərin yaşıl innovasiyalara bağlılığını və yaradıcılığını nümayiş etdirdi, Avropa İttifaqının genişmiqyaslı "Planetimiz naminə" kampaniyasına töhfə verdi.
Rəy yaz