
Bakı/05.03.20/Tran: Nazirlər Kabineti yanında Operativ qərargah Azərbaycanda bir nəfərin koronavirusdan ölməsi barədə bəzi KİV-də yayılan məlumatları təkzib edib.
Qəragahın bununla bağlı məlumatında deyilir ki, Bakı şəhər sakini Nəzakət Ramazanovanın fevralın 29-da 3 saylı şəhər klinik xəstəxanasında ölməsi koronavirusla əlaqədar deyil. 1994-cü ildə anadan olan N.Ramazanova ağ ciyərlərin pnevmoniyası səbəbindən vəfat edib və bu, məhkəmə-tibb ekspertizası tərəfindən təsdiqlənib. Müayinə zamanı onun orqanizmində hər hansı infeksiya aşkar edilməyib, operativ qərargahın məlumatında bildirilir.
Bununla əlaqədar Operativ qərargah vətəndaşları KİV-də və sosial şəbəkələrdə yayılan və bunun əksini iddia edən şayiələrə və yazılara inanmamağa çağırır.-02D-
Rəy yaz