ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mehman Əliyevi dərhal azad etməyi tələb edir
Vyana/26.08.17/Turan: ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Harlem Dezir Turan agentliyinin direktoru Mehman Əliyevin həbsi ilə bağlı bəyanat yayıb, onu dərhal azad etməyi tələb edib.
"Mehman Əliyevin həbsinin siyasi motivli olduğunu hesab etmək üçün bütün əsaslar var və mən Azərbaycan hakimiyyətini israrla jurnalisti dərhal və qeyd-şərtsiz azad etməyə, onun fundamental hüquqlarının pozulmayacağına zəmanət verməyə çağırıram", deyə bəyanatda qeyd edilir.
Dezir qeyd edir ki, istintaq aparmaq və ya Mehman Əliyevin rəhbərlik etdiyi özəl Turan agentliyinin işini əngəlləmək üçün jurnalisti həbsdə saxlamağa ehtiyac yoxdur.
Bəyanatda xatırladılır ki, Əliyev vergi ödənişindən yayınmaqda ittiham olunub və müəyyən edilmiş cərimənin ilkin məbləği 18 min avro olub. Amma məhkəmədə daha böyük məbləğin mənimsənilməsi və 60 min manat (30 min avro) məbləğində verginin ödənilməməsi ittihamı irəli sürülüb.
Agentliyin ofisində aparılan axtarışlar və onun bank hesablarının dondurulması kollektivin sentyabrın 1-dən fəaliyyətini dayandırmağa qərar verməsinə səbəb olub.
Dezir avqustun 17-də Azərbaycan hakimiyyətinə ilk müraciətində artıq "Turan-ın işinə və ölkədə fikir plüralizminə təsir edə biləcək hər hansı addımdan çəkinməyə" çağırmışdı.
"Mehman Əliyev media sahəsində tanınmış ekspert və ATƏT tədbirlərinin aktiv iştirakçısı, mütəfəkkir və dərin hörmət bəslədiyimiz həmkarımızdır", deyə Harlem Dezir qeyd edib. O, Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduğunu ifadə edib. -02D-
-
- Siyasət
- 26 Avqust 2017 11:31
Siyasət
-
Ukrayna Prezidenti Volodimir Zelenski Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan Hava Yollarına (AZAL) məxsus Embraer 190 təyyarəsinin qəzaya uğramasından sonra Rusiyaya təzyiqin artırılmasına çağırıb. Zelenski bu fikri 22 yanvarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı səsləndirib.
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
Rəy yaz