Докладчик Совета Европы по Азербайджану Штефан Шеннак
Avropa Şurasının Azərbaycan məruzəçisi Mehman Əliyevin azadlığa buraxılmasına çağırır
Bakı/25.08.17/Turan: Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi Ştefan Şennak Turan agentliyinin direktoru Mehman Əliyevin həbsini pisləyib.
"Avropa Şurasının Azərbaycan üzrə məruzəçisi kimi mən Turan agentliyinin təsisçisi Mehman Əliyevin azadlığa buraxılmasına çağırıram", - o, Tvitterdə öz mikrobloqunda yazıb.-16D-
Siyasət
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
Rəy yaz