
AXCP çoxsaylı fəallarının həbs edildiyini bildirir
Bakı/19.10.19/Turan: Xalq Cəbhəsi Partiyasının rəhbərliyi bugünki mitinq ərəfəsində partiya fəallarının həbslərinin davam etdiyini bildirir. Həbs edilənlərin ümumi sayı 10 nəfəri keçib. Onlardan beşi inzibati qaydada 60 günlük həbs edilib. Jurnalist, keçmiş siyasi məhbus Seymur Həzi də onlar arasındadır.
Partiyanın Nizami rayon təşkilatının sədri Paşa Umudov da 3 ay müddətinə həbs edilib. Ona qarşı CM-in 234.2-ci (qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə cinayət işi açılıb. -03B-
Siyasət
-
2025-ci il fevralın 15-də və 18-də Day.az saytında Turan İnformasiya Agentliyinin fəaliyyəti ilə bağlı böhtan xarakterli iddialar irəli sürülən məqalələr dərc edilib. Bu materiallarda müəllif agentliyi Qərb maliyyəsindən asılı və xarici strukturların maraqlarına tabe olan bir qurum kimi təqdim etməyə cəhd edir.
-
Moldova Xarici İşlər Nazirliyi mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi ilə bağlı 1998-ci il tarixli Moldova-Rusiya sazişinə birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edib.
-
Dövlət başçısının sərəncamı ilə Rüfət Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarə Heyətinin sədri təyin edilib.
-
Fevralın 13-də Apellyasiya Məhkəməsi jurnalist Şahnaz Bəylərqızının həbsilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından müdafiə tərəfinin şikayətini təmin etməyib.
Rəy yaz