Arxiv
Müxalifətçilər kütləvi şəkildə saxlanılır
Bakı/19.10.19/Turan: Oktyabrın 19-da səhər polis fəal Qiyas İbrahimovun anası Şura Əmiraslanovanı saxlayıb. O, Nizami rayonundakı 25 saylı polis idarəsinə aparılıb.
Daha sonra həyat yoldaşının taleyindən xəbər almaq üçün polisə gedən fəalın atası da saxlanılıb.
Bu zaman şöbədə Əmiraslanovanın halı pisləşib və ona təcili yardım çağırılıb. Bu barədə evlərində olan Qiyas İbrahimov özü bildirib. Onun sözlərinə görə, evinin qarşısında mülki geyimli şəxslər növbə çəkir. -21B-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz