Azərbaycan Abxaziyadakı seçkiləri tanımır
Bakı/26.08.19/Turan: Azərbaycan XİN avqustun 25-də Abxaziyada keçirilən qondarma "prezident seçkilərinin" nəticələrini tanımadığını bəyan edib.
"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 25 avqust 2019-cu il tarixində Gürcüstanın Abxaziya bölgəsində keçirilmiş qondarma "prezident seçkiləri"ni, həmçinin onların nəticələrini tanımır", deyə Azərbaycan XİN-in 26 avqust tarixli bəyanatında bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsinin vacib olduğunu hesab edir. -06D-
Siyasət
-
ABŞ prezidenti Donald Tramp helikopter və təyyarənin toqquşmasından bir neçə saat sonra, Ağ Evdə ilk mətbuat konfransını keçirib.
-
Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, iflic fəal Famil Xəlilovun məhkəmə prosesi davam edib. İclasın əvvəlində elan edilib ki, bu iş üzrə şahid iclasa gələ bilməyəcək, buna görə proses fevralın 6-na təxirə salınıb.
-
Yanvarın 30-da Bakı Apellyasiya Məhkəməsi “Meydan TV işi” üzrə həbs edilmiş jurnalist Aytac Tapdığın şikayətini təmin etməyib. Bu barədə Turan-a vəkil Cavad Cavadov bildirib.
Rəy yaz