
Bakı/26.08.19/Turan: Xalq Cəbhəsi Partiyasının (AXCP) Hacıqabul rayon təşkilatının sədri Kamal Heydərovun oğlu İmaməddin Heydərov həbs edilib.
AXCP-dən Turan-a verilən məlumata görə, Heydərov avqustun 24-də Hacıqabul rayon mərkəzində (Bakıdan 120 km cənub-qərb) saxlanılıb. Elə həmin gün yerli məhkəmə onu 30 günlük inzibati həbs cəzasına məhkum edib. Gəncin konkret olaraq nədə ittiham olunduğunu atasına deməyiblər.
AXCP-də hesab edirlər ki, gənc facebook-da tənqidi nəşrlərinə görə həbs edilib.
İmaməddin Heydərov son bir həftə ərzində həbs edilən beşinci AXCP üzvü və ya partiya tərəfdarıdır. -03B06-
Rəy yaz