Azərbaycan Sərhəd Xidməti təxribat cəhdi barədə ermənilərin məlumatını təkzib edir
Bakı/06.03.20/Turan: Azərbaycan Sərhəd Xidməti erməni tərəfinin iki ölkə sərhəddinin şimal hissəsində Azərbaycan tərəfdən təxribata cəhdə dair məlumatını təkzib edib.
Ermənistanın versiyasına görə, səhər saat 5.30-da Azərbaycan hərbi qulluqçuları Ermənistan ordusunun postlarından birinə yaxınlaşmağa cəhd etsələr də nəzərə çarpdıqlarının fərqində olublar və geri çəkiliblər.
Öz növbəsində Azərbaycan Sərhəd Xidməti təxribat haqda məlumatın uydurma olduğunu bildirib.
Göstərilən vaxtda erməni tərəfi Qazax rayonunun Cəfərli kəndi yaxınlığındakı Azərbaycan mövqelərini atəşə tutub. Atəş İcevan rayonundakı mövqelərdən iri çaplı pulemyotlardan və snayper tüfənglərindən açılıb. Azərbaycan tərəfi atəşi açıb. Erməni tərəfi öz əsgərlərindən birinin yaralandığını təsdiqləyir.-02D-
-
- Mədəniyyət
- 6 Mart 2020 12:07
-
- Cəmiyyət
- 6 Mart 2020 13:03
Siyasət
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail dairəsindən namizəd, fəal Cəmilə Əlişova onun kampaniya keçirməsinə inzibati əngəllərin yaradıldığını bildirir.
-
Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi Azərbaycana ekstradisiyasına etiraz edən Azel TV saytının təsisçisi Əfqan Sadıqovun şikayətini təsdiq etməyib.
-
Demokratik Qüvvələrin Milli Şurasının üzvü Cəmil Hacıyev polis tərəfindən ona qarşı təzyiqin davam etdiyini bildirib.
-
Yanvarın 15-də Yasamal Rayon Məhkəməsi Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı barəsində qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Aqil Layıc bildirib.
Rəy yaz