- Mədəniyyət
- 6 Mart 2020, 12:07
- 169
Qarabağın qədim dövr arxeoloji irsinə aid kitab nəşr edilib
Bakı/06.03.20/Turan: Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Hidayət Cəfərovun "Qədim Qarabağ (Tarixi-arxeoloji tədqiqat: tunc və erkən dəmir dövrü)" adlı monoqrafiyası nəşr edilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, monoqrafiyada Qarabağda tunc və ilk dəmir dövründə cərəyan etmiş etnik-mədəni proseslər izlənilir.
Əsərdə yaşayış yerləri, qəbir abidələri, abidələrdən əldə olunmuş artefaktlar, ibtidai memarlıq, dəfn mərasimi, təsərrüfat sahələri, sənətkarlıq, iqtisadi-mədəni əlaqələr, ictimai quruluş haqqında məlumat verilir.
Monoqrafiya Qarabağın arxeoloji abidələri, tunc dövrləri, dəmir dövrü abidələrində aşkar edilmiş artefaktlara həsr edilib. Əsrədə həmçinin tunc dövründə Qarabağ ərazisində qədim əhalinin ictimai quruluşu ilə bağlı fəsil var.
Tədqiqat əsərində arxeoloji faktlarla Qarabağın tunc dövründə etnik və mədəni baxımdan tarixi Azərbaycanın digər regionları ilə üzvü bağlı olduğu göstərilib.-0-
-
- Cəmiyyət
- 6 Mart 2020 11:40
Mədəniyyət
-
Hər il yanvarın 13-də Litva xalqı 1991-ci ildə müstəqillik uğrunda həyatlarını qurban vermiş qəhrəmanlarını anaraq Azadlıq Müdafiəçiləri Gününü qeyd edir. Bu mühüm tarix, Litva tarixində azadlıq iradəsinin Sovet təzyiqləri üzərində qələbə çaldığı dönüş nöqtəsini simvolizə edir. Həmin gün 14 nəfər həlak oldu, yüzlərlə insan yaralandı, lakin azadlıq arzusu heç vaxt sarsılmadı. Azadlıq Müdafiəçiləri Günü, Litva xalqının keçmişinə nəzər saldığı və azadlığın həqiqi qiymətini dərk etdiyi bir gündür.
-
YARAT Müasir İncəsənət Məktəbinin 2-ci buraxılış məzunları öz yaradıcı təxəyyüllərini “Sonluqdan Sonsuzluğa” adlı sərgi vasitəsilə tamaşaçılarla paylaşırlar.
-
Azərbaycanın zəngin mədəni irsi arasında teatr sənəti xüsusi yer tutur. Lakin bu irsin mühüm bir hissəsi olan bölgə teatrları uzun illər boyu paytaxt tamaşaçısından kənarda qalıb və tamaşaçı auditoriyası paytaxta nisbətən məhduddur. "Bölgə teatrlarının Bakı premyerası" layihəsi, bu boşluğu aradan qaldırmaq məqsədilə həyata keçirilərək, bölgə teatrlarını Bakı səhnəsinə daşımaqla həm yerli teatr sənətinə yeni nəfəs gətirir, həm də mədəniyyətlərarası dialoqu gücləndirir.
-
Tarix elmləri doktoru Cəmil Həsənlinin 2024-cü ilin son günündə “Təbriz-1946-cı il: Milli Hökumətin Zəfər və Faciəsi” kitabı çapdan çıxıb.
Rəy yaz