AXCP fəalının məhkəməsi başlayıb
Баку/06.03.20/Turan: Ötən gün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində Vüsal Qurbanovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nizami rayon təşkilatının sədri Paşa Umudovun işi üzrə hazırlıq iclası keçirilib.
Mahiyyəti üzrə dinləmələr martın 16-na təyin edilib.
P.Umudov oktyabrın 16-da - Demokratik Qüvvələrin Milli Şurasının mitinqindən üç gün əvvəl həbs edilib. Ona qarşı CM-in 234.2-ci maddəsi (satış məqsədilə narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması) ilə ittiham irəli sürülüb. Günahı təsdiqlənərsə, 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
İclas zamanı vəkil Zibeydə Sadıqova diqqəti ona yönəldib ki, P.Umudov oktyabrın 16-na qədər inzibati həbsə məruz qalıb. O zaman ona xəbərdarlıq edilib ki, əgər siyasi fəaliyyətini dayandırmasa, növbəti dəfə cinayət məsuliyyətinə cəlb ediləcək.
Vəkil qeyd edib ki, P.Umudovun özünün və həyat yoldaşının səhhətində problemlər var. Müdafiə tərəfinin 8 vəsatətinə baxmayaraq, barəsində qətimkan tədbiri dəyişdirilməyib.
O, etirafedici ifadəni təzyiq altında verib.
“Paşa Umudovun sözlərinə görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində alçaldıcı rəftara məruz qalıb. Onu aaatlarla üzü divara tərəf dayanmağa məcbur edərək beysbol ağacı ilə vuracaqları ilə hədələyiblər.
Onun etirafını 7 dəfə videoya çəkiblər, tələb ediblər ki, AXCP lideri Əli Kərimlinin sürücüsü olduğunu vurğulasın. Bu etiraflar beynəlxalq hesabatlarda “qorxu yuvası” adlandırılan idarədə alınıb”, - vəkil deyib.
P.Umudov ittihamları rədd edərək siyasi fəaliyyətinə və Ə.Kərimlinin sürücüsü işlədiyinə görə təqib olunduğunu bildirib. Hüquq müdafiəçiləri P.Umudovu siyasi məhbus kimi tanıyıblar. —06D-
-
- Cəmiyyət
- 6 Mart 2020 10:43
-
- Mədəniyyət
- 6 Mart 2020 12:07
Cəmiyyət
-
Kömək üçün Turan agentliyinə müraciət edən və adının açıqlanmasını istəməyən zərərçəkən bildirib ki, 2024-cü ilin iyulunda öz evinin rekonstruksiyası üçün "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti ilə rəsmi müqavilə bağlayıb: "Bu 58 000 manatlıq müqavilə idi. Mən “Algaplaza”da şirkətin ofisində 44 000 manat ödədim və qalan məbləği də açarları təhvil verərkən ödəmək niyyətində idim.
-
Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ordubad rayon və Lənkərna rayon şöbələrinin iki fəalı polis tərəfindən saxlanılıb.
-
Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir
-
AZAL təyyarəsinin qara qutuları Braziliyadan Qazaxıstana qaytarılıb və 25 dekabrda Aktau Hava Limanı yaxınlığında baş verən aviasiya qəzasının təhlili üçün araşdırma komissiyasına təqdim edilib. Bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.
Rəy yaz