
Bakı/06.03.20/Turan: Martın 5-də Bakıda Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin rəhbərliyi ilə iki ölkə hərbi nümayəndə heyətləri arasında danışıqlar aparılıb.
Zakir Həsənov və İrakli Qaribaşvili hərbi sahədə ikitərəfli əməkdaşlıq və regionda təhlükəsizlik məsələlərini, o cümlədən iqtisadi layihələrin təhlükəsizliyi, habelə ikitərəfli əsaslarla, NATO çərçivəsində və Azərbaycan-Türkiyə-Gürcüstan formatında üçtərəfli əsasda həyata keçirilən proqramları müzakirə ediblər.
Həmsöhbətlər əməkdaşlığın genişləndirilməsinə tərəfdar olduqlarını bildiriblər, hərbi, hərbi-texniki, hərbi-təhsil, hərbi-tibb sahələrində əlaqələrin möhkəmləndirilməsi, birgə hərbi təlimlərin keçirilməsi və işçi görüşlərin təşkili barədə fikir mübadiləsi aparıblar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.
Əlavə edək ki, həmin gün İ.Qaribaşvili prezident İlham Əliyevlə də görüşüb. 02D-
Rəy yaz