Azərbaycanda kütləvi dini yığıncaqları məhdudlaşdıracaqlar
Bakı/05.03.20/Turan: Koronavirusla əlaqədar Azərbaycanda kütləvi dini mərasimlər məhdudlaşdırılacaq. Bu qərar Qafqaz Müsəlmanları İdarəsinin bugünki iclasında qəbul edilib.
Ölkənin dini konfessiya liderlərinin, məscid imamlarının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin iştirakı ilə keçirilən iclasda şeyx Allahşükür Paşazadə dini mərasimlərin müvəqqəti təxirə salınmasını məsləhət görüb.
Xəstəliyin yayılması riskini nəzərə alaraq şeyx məscidlərdə moizələrin və birgə ibadətlərin təxirə salınmasını, camaat namazlarının uzadılmadan icra olunmasını, xütbələrin qısaldılmasını tövsiyə edib. Dindarlara imkan daxilində evdə namaz qılmaq tövsiyə olunub. Pravoslav və Katolik kilsələrinin rəhbərləri, habelə Avropa və Dağ Yəhudiləri icmalarının başçıları bu çağırışı dəstəkləyiblər. -02D-
-
- Siyasət
- 5 Mart 2020 17:21
Siyasət
-
Rusiyadan İrana qaz kəməri Azərbaycandan keçəcək, onun marşrutu razılaşdırılıb. TASS xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Sergey Tsivilev bildirib.
-
Toplum TV-nin işi üzrə polis nəzarətində olan jurnalist Fərid İsmayılov yanvarın 17-də saxlanılıb və Xətai Rayon Məhkəməsinə aparılıb. Bu barədə jurnalistin həmkarları məlumat veriblər.
-
İlham Əliyev İrakli Kobaxidzeni "Gürcü arzusu" partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona yeni uğurlar arzulayıb.
-
Yanvarın 17-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalistləri Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına keçirilmələri haqqında vəsatətlərini təmin etməyib.
Rəy yaz