Deputatlığa namizədlər Konstitusiya Məhkəməsinə etirazlarını bildiriblər
Bakı/05.03.20/Turan: Martın 5-də bir qrup deputatlığa namizəd Konstitusiya Məhkəməsi qarşısında parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz aksiyası keçiriblər.
Polis onların binaya yaxınlaşmasına mane olub, amma namizədlər dağılışmayıblar. Deputatlığa namizəd Fərhad Mehdiyev KM-nin seçkilərin nəticələrinin təsdiq edilməsi haqqında qərarını "siyasi" qərar adlandırıb, belə ki, seçkilərdə çoxsaylı pozuntulara hüquqi qiymət verilməyib.
"Təkzibedilməz saxtakarlıq faktları olmasına baxmayaraq, ölkə daxilində seçicilərimin səslərini qoruya bilmədim. Mən buna görə seçicilərimdən üzr istəyirəm. Əminəm ki, Avropa İnsan Hüquqları Məhkəməsində ədalət yerini tapacaq", deyə digər namizəd Bəxtiyar Hacıyev bildirib.
Daha bir müstəqil namizəd Abid Qafarov bildirib ki, bu seçkilərdən sonra hakimiyyətə müxalifətə keçir.
Namizəd Ziya Quliyev bildirib ki, 90-dan çox dairədən çoxsaylı dəlillər var. Bu pozuntuların AİHM tərəfindən tanınması bütün parlamentin legitimliyini şübhə altına qoyacaq, deyə o qeyd edib. -06D-
Siyasət
-
Rusiyadan İrana qaz kəməri Azərbaycandan keçəcək, onun marşrutu razılaşdırılıb. TASS xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Sergey Tsivilev bildirib.
-
Toplum TV-nin işi üzrə polis nəzarətində olan jurnalist Fərid İsmayılov yanvarın 17-də saxlanılıb və Xətai Rayon Məhkəməsinə aparılıb. Bu barədə jurnalistin həmkarları məlumat veriblər.
-
İlham Əliyev İrakli Kobaxidzeni "Gürcü arzusu" partiyasının seçkilərdə qələbəsi münasibətilə təbrik edib və ona yeni uğurlar arzulayıb.
-
Yanvarın 17-də Bakının Xətai Rayon Məhkəməsi Meydan TV-nin jurnalistləri Aynur Elgünəş və Natiq Cavadlının ev dustaqlığına keçirilmələri haqqında vəsatətlərini təmin etməyib.
Rəy yaz