Niyə Azərbaycan Antiqua və Barbudaya kömək edib?
Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Antiqua və Barbuda (AntiguaandBarbuda) Karib dövlətinə çatdırılması üçün Londona ölkəmizdə istehsal olunan 20 qutu tibbi şpris göndərib. Azərbaycandan yardım ada ölkəsinin rəhbərliyi tərəfindən istənilib, AR XİN-in rəsmi məlumatında bildirilir.
Fevralın 19-da şpris qutularını qəbul edən Antiqua və Barbudanın Böyük Britaniyadakı ali komissarı Karen-May Hill Azərbaycan xalqına təşəkkürünü bildirib və qeyd edib ki, Antiqua və Barbuda bundan sonra da Azərbaycanla diplomatik əlaqələri inkişaf etdirmək niyyətindədir.
AİDA 2011-ci ildə Azərbaycan XİN-in tərkibində yaradılıb. Məqsəd Azərbaycan Respublikası adından donor vəzifələrini yerinə yetirməkdir. AİDA-nın saytında 90 belə missiyanın yerinə yetirildiyi bildirilir. http://aida.mfa.gov.az/az/static/1/
Sonuncu yardımlardan biri Avstraliyada yanğından zərər çəkənlərə 50 min dollar məbləğində humanitar yardımın göndərilməsidir (02.02.2020). Avstraliyaya yardım haqda məlumatda AİDA səbəb kimi yanğını göstərib. Antiqua və Barbudaya yardıma dair məlumatda motivasiya haqda bilgi yoxdur.
Antiqua və Barbudanın yardım üçün Azərbaycana müraciət etməsinin səbəbi nədir? Belə ki, bu Karib dövlətində son qasırğa (“İrma”) 2017-ci ildə olub, 2018-ci ildə bu ölkə “palma xəstəliyi”ndən əziyyət çəkib.
Son 2 ildə Antiqua və Barbudadan yalnız müsbət informasiya gəlir. Antiqua və Barbuda Karib hövzəsinin firavan ölkələrindən biridir. Onun iqtisadiyyatının əsasını turizm təşkil edir, həmçinin qumar biznesi çox inkişaf edib. Kənd təsərrüfatı əsasən daxili bazar üçün işləyir. Balıqçılıq inkişaf edib. Antiqua və Barbudada orta əməkhaqqı ayda 2 667 ABŞ dollarıdır. Azərbaycanda orta əməkhaqqı 300 dollara yaxındır. Ada dövlətdə adambaşına düşən ÜDM $14 min, Azərbaycanda $4400-dür.
Müəyyən edilib ki, bu Karib dövlətində rok musiqiçisi Erik Klepton tərəfindən təsis edilmiş Crossroads tibb mərkəzi fəaliyyət göstərir. Mərkəzdə narkotik maddə və alkoqoldan asılılıq müalicə edilir. Azərbaycanın şprisləri bu mərkəzə ünvanlana bilər.
Mərkəzin saytında orada müalicə alan Azərbaycan vətəndaşı haqda məlumat tapmaq mümkün olmayıb, eyni zamanda belə mərkəzlərdə pasiyentlər haqda məlumatlar konfidensial olur.
Antiqua və Barbudanın iqtisadiyyatı ofşor xidmətlərin göstərilməsinə əsaslanıb. Buraya əmanətçilərin adlarının məxfiliyini təmin edən korporativ ofşor bankların yaradılması və əcnəbilərə bu ölkənin vətəndaşlığının verilməsi də daxildir. Dövlətdə fəaliyyətin qeydiyyatı və uzadılması üçün banklar rüsum ödəyirlər. Antiqua və Barbuda vətəndaşlığını almaq üçün 132 800 dollar məbləğində ödəniş etmək kifayətdir. Hökumət hər həftə vətəndaşlıq verilməsilə bağlı 40 müraciətə baxır.
Bu ölkənin vətəndaşlığını alan azərbaycanlılar haqda məlumat əldə etmək mümkün olmayıb.
Niyə zəngin Karib dövlətinin hökuməti Antiqua və Barbuda ilə müqayisədə vətəndaşları orta hesabla 8 dəfə az qazanc əldə edən Azərbaycana yardım üçün müraciət edib?
Turan yardımın səbəbi barədə məlumat almaq istəsə də AIDA-nın telefonu cavab verməyib.-0-
-
- Analitika
- 5 Mart 2020 18:39
Cəmiyyət
-
Azərbaycanla Ermənistan növbəti mərhələdə delimitasiya işlərinin İranla sərhədə qədər başlanması barədə razılığa gəlib. Bununla bağlı yanvarın 16-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə ermənistanlı həmkarı Mher Qriqoryanın sədrliyi ilə iki ölkənin dövlət sərhədinin delimitasiya və təhlükəsizliyi komissiyalarının iclasında razılıq əldə edilib.
-
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında yağışlı və küləkli hava şəraiti gözlənilir. Bu barədə meteoroloji proqnozlarda məlumat verilib.
-
18 yanvar tarixində Azərbaycan üzrə hava proqnozu ölkənin müxtəlif bölgələrində dəyişkən hava şəraiti gözlənildiyini, bəzi ərazilərdə yağışın olacağını bildirir.
-
“Azercell” istifadəçilərə daha rahat xidmət təcrübəsi təqdim etmək məqsədilə öz mobil tətbiqinə "Qonaq girişi" funksiyasını əlavə edib. Bu yenilik bütün istifadəçilərə Azercell-in müxtəlif xidmət və məhsullarını daha əlçatan edir.
Ermənistan- ABŞ, Rusiya -İran strateji tərəfdaşlığı regiona nə vəd edir? – Şahin Cəfərli Çətin sualda
Xəbər lenti
-
- Cəmiyyət,
- 13:33
- 460
Rəy yaz