Арлем Дезир
Harlem Dezir Mehman Hüseynova qarşı yeni ittihamdan narahatdır
Bakı/27.12.18/Turan: ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezir bloger və Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (İRFS) sədri Mehman Hüseynova qarşı qaldırılımış yeni maddə üzrə ittihamlardan dərin narahatdır.
"Tanınmış bloger və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (İRFS) sədri Mehman Hüseynovun həbsdən çıxmasına bir neçə ay qalmış onun üzləşdiyi yeni cinayət məsuliyyəti barədə məlumatlar dərindən narahat edir", deyə o bildirib.
ATƏT-in media azadlığı üzrə nümayəndəsi onun tezliklə azad edilcəyinə ümid edir.
M.Hüseynov 2017-ci ilin martında həbs olunub və Nəsimi rayonu polis rəisinin qaldırdığı böhtan iddiası əsasında 2 il azadlıqdan məhrum edilib.
Ötən gün ona qarşı yeni cəzaçəkmə müəssisəsinin əməkdaşını döymək ittihamı irəli sürülüb. -16D-
-
- Cəmiyyət
- 27 Dekabr 2018 17:41
Siyasət
-
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev İrana səfəri çərçivəsində İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb.
-
Yanvarın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində müxalifətçi siyasətçi Tofiq Yaqublunun işi üzrə prosesdə sənədlərin araşdırılması davam edib.
-
Maştağa qəsəbəsində yaşayan dini fəal Elvin Zeynalov yanvarın 31-də günorta evinin yaxınlığındakı mağazanın qarşısında mülki şəxslər tərəfindən saxlanılıb.
-
Strasburqda Avropa Sarayında Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında "Azərbaycanda insan hüquqları sahəsində narahatlıq doğuran böhrana” həsr olunmuş "paralel tədbir" keçirilib.
Rəy yaz