Мехман Гусейнов
Mehman Hüseynov müddətsiz aclıq elan edib
Bakı/27.12.18/Turan: Dünən yeni ittiham irəli sürülmüş bloger Mehman Hüseynov 10 günlük karserə salınıb. Ona qarşı yeni işin saxtalaşdırılmasına etiraz əlamət olaraq Hüseynov müddətsiz aclıq elan edib.
Bu barədə Turan-a Repartyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) icraçı direktoru Emin Hüseynov bildirib.
"Bu gün Mehman evə zəng edib və karserə salındığını, təzyiqə məruz qaldığını deyib. Söhbət bir dəqiqədən az çəkib, o, Penitensiar Xidmətin onun cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməsi haqqında məlumatının yalan olduğunu deyib. Cinayət işi hələlik fakt üzrə açılıb - Mehmana ittiham irəli sürülməyib. Mehman vəkilləri ilə görüş tələb edir. Amma onun yanına vəkil buraxılmır. Mehman istintaq tədbirlərində iştirakdan və ifadə yeni cinayət işinin saxtalaşdırılmasına, ona qarşı təzyiqə və yanına vəkil buraxılmamasına etiraz əlaməti olaraq verməkdən imtina edib", deyə E.Hüseynov bildirib.
Onun sözlərinə görə, vəkil Şəhla Hümbətovanın nə dekabrın 26-da, nə bu gün Mehman Əliyevlə əlaqə saxlamasına və görüşməsinə icazə verməyiblər.
O, Turan-ın müxbiri ilə söhbətində bildirib ki, bu gün bir neçə saat 14 saylı cəzaçəkmə müəssisəsində gözləyib, amma ona müvəkkili ilə görüş verməyiblər.
"Gah deyiblər ki, o, karserə salınıb, gah deyiblər "yuxarıdan" xüsusi icazə olmalıdır, gah deyiblər ki, müstəntiq gəlməlidir", deyə Hümbətova bildirib.
O qeyd edib ki, vəkil istənilən halda müvəkkilinə baş çəkmək hüququna malikdir.
"Məni Mehman Hüseynovun yanına buraxmadıqları halda, onu telefon danışığı üçün gətiriblər və o evə bildirib ki, vəkillə görüş tələb edir", deyə Hümbətova bildirib.
Mehman Hüseynov 2017-ci ilin martında həbs edilib və Nəsimi Rayon polis rəisinin qaldırdığı böhtan iddiası ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.
Dünən ona qarşı yeni cəzaçəkmə müəssisəsinin əməkdaşını döymək ittihamı irəli sürüblər.
Hüquq müdafiəçiləri Hüseynovun yüksək vəzifəli şəxslər arasında korrupsiyanı ifşa etdiyinə, habelə hakimiyyəti tənqid etdiyinə görə təqib edildiyi qənaətindədirlər. -06D-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz