Həbsdəki müsavatçıya kitab, görüş qadağası...
Bakı/27.12.18/Turan: Müsavat Partiyası Gənclər Komitəsinin həbsdəki sədri Əbülfəz Sadıqbəylinin təcridxanada hüquqlarının pozulduğu bildirilir. Bu haqda qardaşı Vasif Sadıqbəyli məlumat verib.
Onun sözlərinə görə, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Əbülfəz Sadıqbəyliyə qeyri-qanuni qadağalar tətbiq edilib.
"İstintaq müddəti başa çatıb, ancaq görüşə imkan verilmir. Rəsmi məktub gəlib ki, istintaq müddəti başa çtıb. Buna görə, telefon və görüş qadağasının aradan qaldırıldığı bildirilib. Ancaq reallıqda qadağa aradan qaldırılmayıb", deyən V.Sadıqbəylinin sözlərinə görə, qardaşına kitab qadağası da tətbiq ediblər.
Qardaşı ilə görüşə imkan verilmədiyini deyən V.Sadıqbəyli qeyd edib ki, iki həftədən çoxdur ki, ona kitab qadağası da tətbiq ediblər, kitab bağlamasını təcridxanadan geri göndəriblər.
O, qadağalarla bağlı məhkəməyə şikayət verəcəklərini də qeyd edib.
Hələlik əlaqəli qurumlardan Ə.Sadıqbəyliyə tətbiq edilən qadağalarla bağlı münasibət öyrənmək mümkün olmayıb.
Xatırladaq ki, noyabrın 21-də Səbail Rayon Məhkəməsi Ə.Sadıqbəyli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham olunur. İttihama görə, müsavatçı "Nikoilbank"ın adından saxta sənəd hazırlayıb. Bildirilir ki, o, kreditlə aldığı "Niva" avtomobilinə görə borclu qaldığı 5100 manatın ödənilməsi barədə arayışı Yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanının iddiasına görə, həmin arayış saxtadır. Ə.Sadıqbəyli ittihamı qəbul etmir. Müdafiə tərəfi vurğulayır ki, banka pul tam ödənib və əgər arayış saxtadırsa, bunun Ə.Sadıqbəyliyə aidiyyəti yoxdur. Müsavat Partiyası da həbsin siyasi motivli olduğunu bəyan edib.
Ancaq rəsmilər ölkədə insanların siyasi əqidələrinə görə uydurma ittihamlarla həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər. -05B-
Cəmiyyət
-
Fevralın 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağıntı olmayacaq. Gecə və səhər bəzi yerlərdə duman, zəif çiskin gözlənilir. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 1 +6, gündüz müsbət 8 +11 dərəcə olacaq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Lider mobil operatordan yeni Xiaomi smartfonunu əldə edən müştərilərə seçilmiş SuperSən tarif paketlərinə 50% endirim Azercell “Gənclər Günü” münasibətilə istifadəçilərə xüsusi kampaniya təqdim edir. Belə ki, “Azercell Exclusive” və rəsmi diler mağazalarından “Xiaomi Redmi Note 14” seriyasına aid smartfonlar əldə edən müştərilər “Supersən 6GB” və ya “Supersən 10GB” tarif paketinə 2 ay müddətində 50% endirim qazanacaqlar.
-
“Gubad İbadoğlu işi” çərçivəsində həbs edilən Fazil Qasımov və Anar Əliyevin məhkəmə prosesi cümə axşamı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi prosedur pozuntuları və saxta pul sübutlarının təqdim olunma qaydasına dair narahatlıqlarını ifadə edib.
-
"Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 7 kiloqram 145 qram narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd edən İran vətəndaşı 1984-cü il təvəllüdlü Mollayı Meysən Allahbaxış saxlanılıb. Bu barədə yanvarın 31-də Azərbaycan Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Rəy yaz