İran məktəblərində Azərbaycan dili tədris ediləcək
Bakı/24.08.19/Turan: İranın Şərqi Azərbaycan əyalətindəki məktəblərdə sentyabrdan Azərbaycan dilinin tədrisinə başlanacaq. "Amerikanın Səsi"nin Azərbaycan Xidmətinin verdiyi məlumata görə, bu barədə Şərqi Azərbaycan Təhsil İdarəsinin müdiri Cəfər Paşayi bildirib.
Onun sözlərinə görə, Azərbaycan-türk dili üzrə dərslər həftədə iki dəfə - tədris ili ərzində ümumilikdə 60 saat veriləcək. Türk dilinin tədrisi təhsil naziri Məhəmməd Bohtainin sərəncamına əsasən tətbiq edilir.
Sənədə əsasən, ana dili ibtidai məktəbin 4-cü sinfində və orta məktəbin 9-cu sinfində tədris ediləcək.
Təlimin məzmunu və saatları hər vilayətdəki məktəblər tərəfindən müəyyən ediləcək.
Ana dilində təhsil İran prezidenti Həsən Ruhaninin seçki şüarlarından biri idi.
İranda azərbaycanlıların sayı müxtəlif məlumatlara görə 30-40 mln. nəfərdir. Amma, buna baxmayaraq, onların milli-mədəni hüquqları məhdudlaşdırılıb.-06D-
-
- Siyasət
- 24 Avqust 2019 12:35
Siyasət
-
Yanvarın 28-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub.
-
İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın irəli sürdüyü nəqliyyat layihəsi - Zəngəzur dəhlizi beynəlxalq gündəliyə salınıb. Bu barədə prezident İlham əliyev çərşənbə axşamı nəqliyyat üzrə müşavirədə bildirib.
-
Yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində fəal Möhyəddin Orucovun işi üzrə növbəti iclas keçirilib. Fəalın saxlanılmasında iştirak etmiş polis şahid qismində çıxış edib.
-
Yanvarın 27-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında 2024-cü ildə üzv dövlətlərin vəziyyətilə bağlı müzakirələr aparılıb. Yekunlara əsasən, 2580 saylı qətnamə qəbul edilib. Qətmanədə deyilir ki, Avropa Şurası Parlament Assambleyası 14 ölkədə vəziyyəti izləyən Monitorinq Komitəsinin işini yüksək qiymətləndirir.
Rəy yaz