
Bakı/21.10.19/Turan: İran prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatının iclasında iştirak etmək üçün Bakıya səfər edəcək. Bu barədə bazar ertəsi İRNA agentliyi İRAN XİN-ə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, İran XİN başçısı Məhəmməd Cavad Zərif Bakıya səfəri zamanı Ruhanini müşaiyət edəcək.
Qoşulmama Hərəkatına üzv ölkələrin liderlərinin 18-ci iclası oktyabrın 25-26-da keçiriləcək. 2019-2022-ci illərdə Azərbaycan bu təşkilata sədrlik edəcək. Qoşulmama Hərəkatında 120 ölkə iştirak edir. -02D-
Rəy yaz