Oktyabrın 19-20-də Bakının mərkəzində jurnalistlər polis təzyiqinə məruz qalıb
Bakı/21.10.19/Turan: Oktyabrın 19-20-də paytaxtın mərkəzində müxtəlif KİV-lərin hadisələri işıqlandıran 10-dan çox nümayəndəsi polis təzyiqinə məruz qalıb.
Belə ki, ayın 19-da keçirilən mitinqi işıqlandırarkən bir neçə KİV-in müxalifət lideri Əli Kərimlinin döyülməsini çəkən müxbirləri fiziki zorakılığa, təhqirə və mənəvi təzyiqə məruz qalıb.
Məşhur bloger, keçmiş siyasi məhbus Mehman Hüseynov saxlanılıb.
Oktyabrın 20-də "Azadlıq" radiosunun, "Meydan TV"-nin, Turan agentliyinin müxbirləri - Sevinc Vaqifqızı, Ramin Deko, Əziz Kərimov, Səlimə Cəlilova, Pərvanə Bayramova və bir neçə digər jurnalist fiziki zorakılığa məruz qalıb. Polis onları itələyib və təpikləyib, kameralarını əllərindən alıb, badalaq vurub, kameralarını qırıb. Bütün bunlar söyüş və təhqirlərlə müşaiyət olunub.
Polis mətbuata təzyiqlə kifayətlənməyib və adi vətəndaşların əllərindən telefonlarını alaraq, çəkiliş aparmamağı və çəkdikləri kadrları silməyi tələb edib.
İş o yerə çatıb ki, küçədə dayanan polislər balkonlarından küçələrdə baş verənləri çəkənlərə qışqırıb və söyüb.
Bütün bunlardan əlavə, Bakının bütün mərkəzində internet kəsilib və mobil rabitə pozulub. Bu, hadisə yerindən canlı yayım imkanını istisna etmək və müxbirlərin çəkdikləri materialları redaksiyalarına ötürməsinə imkan verməmək məqsədilə edilib.
Media hüquqları sahəsində ekspert Ələsgər Məmmədli bu hadisələri şərh edərkən onları "gizli föqəladə halın tətbiq edilməsi" kimi səciyyələndirib.
Polis Bakının mərkəzində bir çox küçələri bağlayaraq, vətəndaşların yerdəyişmə azadlığını ciddi şəkildə məhdudlaşdırıb. İnternet-provayderlər və mobil operatorlar bir neçə saatlıq işi dayandırıb, vətəndaşlara və özəl biznesə ziyan vurub. Bu, ciddi hüquq pozuntusudur və hər bir zərərçəkmiş şəxs bu əməllərdən məhkəmələrə şikayət verə bilər, deyə Məmmədli Facebook səhifəsində yazıb.
"Sərbəst toplaşmaq hüququna icazə verməyən İcra hakimiyyəti ciddi məsuliyyət daşıyır. Heç bir zorakılıq olmayan dinc aksiyaya toplaşmaq istəyən şəxslərə qarşı çox aqresiv davranan polisin davranışı adekvat deyildi və ciddi müzakirə mövzusudur. Polislərin siyasətçilərə, xüsusilə AXCP sədri Əli Kərimliyə qarşı zorakı davranışı çox ikrahyaradıcıdır və ictimai nifrəti kökləməyə yönəlib.
Xüsusilə, hadisəni işıqlandırmaq istəyən onlarla jurnalistin əynində xüsusi fərqləndirici forma olmasına baxmayaraq, vəsiqələrini təqdim etmələrinə rəğmən təzyiqə məruz qalmaları, vurulub-əzilmələri, polis bölmələrinə aparılmaları biabırçılıqdır. Ölkəni polis dövləti görüntüsünə soxmaq kimə fayda verir? Ayıb deyilmi?", deyə Məmmədli yazıb. -0-
-
- Siyasət
- 21 Oktyabr 2019 11:57
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz