Keçmiş MTN-nin iki vəzifəli şəxsi dövlətə xəyanət ittihamı ilə həbs edilib
Bakı/27.12.18/Turan: Azərbaycanın keçmiş Milli Təhlükəsizlik Nazirliyinin iki vəzifəli şəxsi dövlətə xəyanət ittihamı ilə həbs edilib
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ictimai əlaqələr şöbəsinin məlumatında deyilir ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olmuş Zakir İsmayılov xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilib.
"Zakir İsmayılov keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycanın dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm olaraq xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib", məlumatda qeyd edilir.
Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.
Məlumatda daha sonra deyilir ki, Bəhruz Yusifzadə təhlükəsizlik orqanlarında xidmətdən ehtiyata buraxıldıqdan sonra xarici ölkələrə səfərlərində əvvəllər məxfi əməkdaşlığa cəlb etdiyi xarici ölkə vətəndaşının vasitəsilə onunla əlaqə quran xarici xüsusi xidmət orqanları əməkdaşları ilə görüşlər təşkil edib, onlar tərəfindən maddi maraq müqabilində əməkdaşlığa cəlb edilib.
Bəhruz Yusifzadə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.
Məlumatda həbs edilən şəxslərin hansı ölkələrin xüsusi xidmət orqanları tərəfindən ələ alındığı barədə məlumat verilmir.
Həbs edilən şəxslərin vəkilləri və ailə üzvləri hələ ittihama münasibət bildirməyib.-0-
Siyasət
-
Ağ Evin mətbuat katibi Kerolayn Livitt (Karoline Leavitt) jurnalistlərə USAID-in fəaliyyətində nəyin Tramp Administrasiyasını qane etmədiyini açıqlayıb. O, USAID-in vəsait ayırdığı proqramları sadalayıb:
-
2024-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı 39 qərar qəbul edib. Həmin qərarlardan 38-də azı bir pozuntu müəyyən edilib. Yalnız 1 qərarda pozuntu müəyyən edilməyib.
-
Fevralın 4-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan 14 ərizəçinin müraciətləri üzrə 2 qərarı açıqlayıb, bu barədə https://aihmaz.org saytında məlumat yerləşdirilib.
-
Qazaxıstanın nəqliyyat naziri Marat Karabaev fevralın 4-də keçirilən mətbuat konfransında bildirib ki, AZAL-ın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ilkin hesabat yaxın günlərdə dərc olunacaq.
Rəy yaz