Prezident İlham Əliyev: “2019-cu il Qarabağ nizamlanması üçün itirilmiş il oldu”
Bakı/24.12.19/Turan: 2019-cu il Qarabağ nizamlanması üçün itirilmiş il oldu. Bunu prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib.
“Ermənistan rəhbərliyi bu danışıqlarda qeyri-konstruktiv mövqe sərgiləyir. Ona görə də danışıqlarda hər hansı bir ciddi irəliləyiş əldə olunmayıb. Ermənistan rəhbərliyinin ziddiyyətli və bir-birini təkzib edən bəyanatları da əlbəttə ki, həm təəccüb, həm də təəssüf doğurur”, - İ.Əliyev bildirib.
Ermənistanın yeni rəhbərliyi ilkin mərhələdə ortalığa belə bir məsələ atmışdı ki, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bundan qəti şəkildə imtina edildi. Bu, Minsk Qrupu tərəfindən də dəstəkləndi və danışlqlar əvvəlkitək Bakı və Yerevan arasında gedir.
Sonra Ermənistanın baş naziri yeni tezis ortaya qoydu “Qarabağ Ermənistandır və nöqtə”. Bu da beynəlxalq vasitəçilər tərəfindən qəbul edilmədi.
“Bizim prinsipial mövqeyimiz bundan ibarətdir ki, ərazi bütövlüyü prinsipi üstünlük təşkil etməlidir, bizim ərazimiz bərpa edilməlidir və münaqişə yalnız bu prinsiplər əsasında öz həllini tapmalıdır. Bu, beynəlxalq birlik tərəfindən də tanınır və dəstəklənir”, - İ.Əliyev vurğulayıb.-02D-
-
- Siyasət
- 24 Dekabr 2019 12:29
Siyasət
-
Yanvarın 23-də Azərbaycan Talışları İctimai Şurasının üzvü Hilal Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılıb. O, Turan-a bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti Nizami rayon şöbəsinin əməkdaşları Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinin bildirişini ona gətiriblər.
-
Yanvarın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lemmi ilə telefonla danışıb.
-
“Kanal-11” Youtube kanalının rəhbəri Teymur Kərimovun işi üzrə məhkəmə iclaslarının protokolları saxtalaşdırılıb. Bu barədə onun bəyanatında deyilir. Bəyanatı Kərimovun həmkarları yayıblar.
-
Bakı şəhəri Nizami, Qaradağ və Binəqədi rayon prokurorluqlarının gördüyü tədbirlər nəticəsində bir sıra kənd təsərrüfatı məhsulları ixracatçılarının əldə etdikləri pul vəsaitləri ölkəyə qaytarılıb.
Rəy yaz