Prezident İlham Əliyev islahatlar və məmurlar barədə
Bakı/24.12.19/Turan: Kadr dəyişiklikləri və struktur islahatları 2019-cu ilin yaddaqalan hadisələrdir. Bu islahatlar 2018-ci il prezident seçkilərindən sonra başlayıb. Bu barədə dövlət başçısı İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.
“Yeni hökumətdə müasir dünyagörüşünə malik olan gənclər, eyni zamanda, təcrübəli kadrlar təmsil olundular və biz onların rəhbərlik etdikləri sahələrdə islahatların artıq yaxşı nəticələrini görməyə başladıq. Prezident Administrasiyasında çox ciddi struktur və kadr islahatları aparıldı, yeni simalar gətirildi. Yerli icra orqanlarında kadr dəyişikliyi aparılır və aparılacaq. 21-ci əsrdə köhnə baqajla nailiyyət əldə etmək mümkün deyil”, - dövlət başçısı bildirib.
Onun sözlərinə görə, ölkədə mövcud olan ab-hava sağlamlaşdırılmalı, düşüncə dəyişməli, yenilənmə baş verməlidir.
Ölkənin problemlərinə toxunan İ.Əliyev öz əhatəsindən şikayətlənib ki, ona məlumat vermirlər və çox vaxt informasiyanı KİV-dən alır. Məmurlar hər şeyin yaxşı olması və problemin olmaması barədə hesabat verirlər.Onlar ya bilmirlər, ya da problemləri qəsdən gizlədirlər. Bu, vətəndaş nəzarətinin gücləndirilməsini zəruri edir.
Korrupsiya faktoruna toxunan İ.Əliyev bu faktlardan hiddətləndiyini bildirib və dövlət məmurları arasında rüşvətxorluqla mübarizəni gücləndirəcəyini vəd edib. “ Belə məmurlar bizə ləkədir, iqtidara ləkədir. Hər kəs üçün dərs olsun”, - o qeyd edib.
Növbədənkənar parlament seçkilərinin səbəblərindən danışan İ.Əliyev deyib ki, struktur islahatları bütün orqanları əhatə edib və parlament bundan kənarda qala bilməz. O ümidvar olduğunu bildirib ki, parlamentin yeni tərkibi fəal olacaq və öz seçicilərinin problemlərinə diqqətlə yanaşacaq. -02D-
Siyasət
-
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğından sonra, bazar ertəsi Türkiyənin xarici işlər naziri Hakan Fidana başsağlığı verib.
-
Yanvarın 22-də Səbail Rayon Məhkəməsində “dövlətə xəyanətdə” təqsirləndirilən gənc tədqiqatçı Bəhruz Səmədovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.
-
Yanvarın 22-də vəkil Zibeydə Sadıqova 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalist Fərid İsmayılova baş çəkib. İsmayılov yanvarın 17-də “Toplum” TV-nin işi üzrə həbs edilib. O, istintaqa hələ 2024-cü ilin martında cəlb edilib. O zaman polis nəzarətinə verilmişdi.
-
Fevralın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin işi üzrə proses başlayacaq. Bu qərarə çərşənbə günü hazırlıq iclasında hakim Aygün Qurbanova qəbul edib.
Rəy yaz