Hirkan üçün dua edin!
"Hamı Amazonka tropik meşələri üçün dua edir. Mən isə, Hirkan üçün də dua edin və mübarizə aparın!".
Elmlər namizədi Şəhriyar İsmayılov sosial şəbəkədə Azərbaycanın cənubunda güclü meşə yanğını haqqında geniş material və peykdən çəkilmiş fotoşəkilləri dərc edərək, belə bir çağırış edir.
Avqustun 20-də Hirkan Milli Parkında yanğın başlayıb. 5 il əvvəl elə bu yerdə yenə yanğın baş vermişdi. Həmin vaxt alov 196 hektar meşə massivini məhv etmişdi.
"Avqustun 21-də peykdən çəkilmiş şəkillər yanan meşə sahəsinin 112 ha təşkil etdiyini göstərir, amma bu, son nəticə deyil. Sentinel-2B peykindən əldə edilən məlumatlar yanan sahənin son ölçüsünü hesablamağa imkan verir. Çox güman ki, bu, bütün tarix boyunca rekord meşə yanğını ərazisidir - 215 ha. Bu, Bakı Olimpiya Futbol Meydanından (0,78 ha) 275 dəfə çoxdur. Amma nədənsə hakimiyyət və KİV 10 hektarın yanmasından danışır", deyə müəllif yazır.
O, müxtəlif dövrlərə aid peyk çəkilişlərini müqayisə edərək, belə bir nəticəyə gəlir ki, hazırda yanan hissələrdə əvvəllər ağac kəsilib. Başlayan yanğının qanunsuz ağac kəsilməsini gizlətmək üçün qəsdən törədildiyini iddia etmək üçün əsaslar var. Dövlət orqanları bu faktları araşdırmalı və nəticə çıxarmalıdırlar.
Xəzər Hirkan qarışıq meşələri ekoregionunun 25-50 milyon yaşı var. Region bir çox bitki və heyvan endemik növləri üçün sığınacaqdır. Hirkan Milli Parkı Lənkəran və Astara inzibati rayonları ərazisində keçmiş "Hirkan Dövlət Qoruğu"nun ərazisində (40 358 ha) yaradılıb.
Azərbaycan və İran iki ölkə sərhədində YUNESKO Dünya İrsi obyekti yaratmağı, onu 1600 kv km-lik mühafizə olunan transsərhəd sahəyə çevirməyi planlaşdırırdılar. Bu, bəbirlərin qorunması üçün həyati əhəmiyyət kəsb edir.
2019-cu ildə YUNESKO Dünya İrsi Komitəsi 5 iyul tarixli 43-cü sessiyasında Hirkan meşələrinin 129 484, 74 ha sahəsini Dünya İrsi Siyahısına daxil edib.
"Amma biz yanğın, ağac kəsilməsi ilə əlaqədar meşələri addımbaaddım, günbəgün itiririk. Biz Avropaya qaz ixrac edən ölkəyik, bununla belə, Talış dağlarında bir çox kəndlər qazla təchiz edilmir. Məntiqi nəticə budur ki, yerli sakinlər üçün enerji mənbəyi Hirkan meşələrinin odunları olaraq qalır", - deyə müəllif sözünü tamamlayır.
Söz istəyirəm
-
Azərbaycanda iqtidaryönümlü mətbuatın özünəməxsus və lazımınca qiymətləndirilməyən keyfiyyətləri var.
-
Dünən “Yeni Azərbaycan” qəzeti və hökumətə bağlı 5-6 sayt Milli Şuranın adından rus padşahı Vladimir Putunə bir saxta məktub dərc edib. Bu məktub əhvalatı mənim yadıma Kiyevdə knyaz Svyatopolk İzyaslaviçin ölümündən sonra boyar dumasının 1113-cü ildə Putinin ulu babası II Vladimir Monomaxa yazdığı məktubu saldı. Onlar yazırdılar ki, knyaz təcili olaraq Kiyevə gəl, sən gəlməsən çox böyük təlatümlər olacaq, şəhər talan ediləcək, boyarlara və monastırlara hücum olacaq.
-
22 yanvar Ukrayna üçün mühüm bir tarixdir – biz bu gün Ukraynanın Birləşmə Gününü qeyd edirik. Məhz 1919-cu ilin bu günü Kiyevdəki Sofiya meydanında Ukrayna Xalq Respublikası (UXR) ilə Qərbi Ukrayna Xalq Respublikasının (QUXR) birləşməsi haqqında Akt elan edildi. Bu, tarixi bir an idi ki, o zaman ukraynalıların vahid və bölünməz Ukrayna arzusu gerçəkliyə çevrildi.
-
20 yanvar ərəfəsində arxivləri yerbəyer edərkən rəhmətlik həmkarım Fərhad Kərimovun mənə verdiyi fotoşəkillər qovluğuna rast gəldim.
Rəy yaz