
Bakı/24.08.19/Turan: Şənbə və bazar günləri Bakıda və Abşeronda quru, isti hava şəraiti davam edəcək. Sinoptiklərin proqnozuna görə, gündüz hava +36 dərəcəyə qədər isinəcək. Zəif şimal-şərq küləyi əsəcək.
Böyük Qafqaz Dağlarında axşam saatlarında yağış yağacağı ehtimalı var. Dağətəyi rayonlarda hava +35 dərəcəyə qədər isinəcək, yüksək dağlıq ərazilərdə +28 dərəcə isti olacaq.
Talış dağlarında yağıntı gözlənilmir. Havanın temperaturu gündüz +30 +35 dərəcə təşkil edəcək.
Aran rayonlarında temperatur +38 dərəcəyə qədər isinəcək, şərq küləyi əsəcək.
Naxçıvanda da hava yağmursuz keçəcək, 38 dərəcəyə qədər isti olacaq. -02D-
Rəy yaz