AZAL mülki təyyarə komandirinin davranışını araşdırır
Bakı/13.01.20/Turan: AZAL Aviasiya Şirkətinin komandiri bir neçə dəfə sərnişin salonuna keçmək və tanışı ilə söhbət etmək üçün təyyarə kabinini tərk edib. Pilot Tahir Zərbəliyevin Bakı-Moskva reysi sərnişinlərinin narazılığına səbəb olan bu davranışı haqqında məlumat Rusiyanın lenta.ru saytında dərc edilib. Elə həmin saytda sərnişinin çəkdiyi video yerləşdirilib. Görüntülərdə pilot Zərbəliyevin biznes-klass salonunda dayanaraq sərnişinlə yüksək səslə zarafat və söhbət etdiyi görünür.
Şahidlərin sözlərinə görə, uçuş zamanı layner hava boşluqlarına düşüb, amma bu da gəmi komandirinin xidməti kabinindən çıxmasına əngəl olmayıb.
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Turan-a bildirib ki, dərc edilmiş informasiyanın və vidoegörüntülərin xidməti araşdırması aparılır. Araşdırmanın yekunlarına görə tədbirlər görüləcək.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, təyyarə avtopilot rejimində uça bilər, amma pilotlar üçün icbari olan təlimat qaydaları var. Araşdırma gəmi komandirinin hərəkətlərinin qanuna uyğun olub-olmadığını göstərəcək. -0-
-
- Təhlükəsizlik
- 13 Yanvar 2020 11:35
-
- Maliyyə
- 13 Yanvar 2020 12:20
Cəmiyyət
-
Bu gün, sentyabrın 26-da Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh danışıqları ilə bağlı görüşü gözlənilir. Görüş ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə baş tutmalıdır. Dövlət katibi BMT Baş Assambleyasının illik sessiyası çərçivəsində Nyu-York mehmanxanasında nazirləri bir araya gətirməlidir. Bu, E.Blinkenin onlarla üç ayda ABŞ ərazisində ikinci üçtərəfli görüşü olacaq. Üç diplomat sonuncu dəfə bu il iyulun 10-da Vaşinqtonda keçirilən NATO sammiti zamanı bir araya gəliblər.
-
Sentyabrın 27-də paytaxtda hava dəyişkən olacaq. Gecə bəzi yerlərdə yağış yağa bilər. Şimal-şərq küləyi əsəcək.
-
Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni avqust ayında razılaşdırıb. Sentyabrın 24-də isə Ermənistan Konstitusiya Məhkəməsi sənədin onların Konstitusiyasına uyğun olub-olmadığını müzakirə edəcəyini açıqlayıb.
-
Qarabağda təhsil alan tələbələrə “SuperSən 10GB” tarif paketindən 6 ay ərzində pulsuz istifadə etmək imkanı verilir Qarabağda ilk mobil infrastrukturu quraşdıran “Azercell Telekom” MMC bu ərazilərə qayıdan əhalini qabaqcıl kommunikasiya xidmətlərilə təmin etməyə davam edir. Lider mobil operator Qarabağda təhsil alan tələbələrə dəstək olmaq məqsədilə xüsusi kampaniya elan edir.
Rəy yaz