Açiq mənbələrdən foto.
Fransa Bakı və Qarabağ arasında beynəlxalq danışıqlar mexanizmininin tərəfdarıdır
Bakı/28.04.23/Turan: "Dağlıq Qarabağ nümayəndələri və Azərbaycan hakimiyyəti arasında beynəlxalq ictimaiyyətin dəstəyi ilə əhalinin hüquq və zəmanətlərinin məzmununa dair danışıqlar başlamasını istəyirik. Bu, o deməkdir ki, bu danışıqlar üçün əlverişli şərait yaradılmalıdır, həmçinin Laçın dəhlizindən sərbəst hərəkət bərpa edilməlidir". Bu barədə Ermənistanda səfərdə olan Fransanın XİN başçısı Katrin Kolonna Armenpress-ə müsahibəsində bildirib.
"Fransa Dağlıq Qarabağın erməni əhalisinin öz tarixini, irsini və mədəniyyətini qoruyub saxlayaraq, orada təhlükəsiz yaşamağa davam edə bilməsini təmin edəcək istənilən qərarı dəstəkləyəcək. Bu, onun toxunulmaz hüququdur", deyə o qeyd edib.
Kolonna həmçinin Parisin Bakının Laçın dəhlizindən maneəsiz hərəkəti təmin etməli olduğu və Beynəlxalq Məhkəmənin bu haqda qərarının icrasının məcburi olduğu haqqında fikrini təkrar edib.
Bu gün Fransa XİN başçısı Ermənistan SQ baş qərargah rəisinin müşaiyəti ilə Cermuk şəhərinə, 2022-ci ilin sentyabrında döyüşlərin baş verdiyi yerə gəlib.
Bundan başqa, Kolonna Ermənistan-Azərbaycan sərhədində Aİ müşahidəçilər missiyasının fəaliyyəti ilə tanış olub. 02D
Siyasət
-
Aktau təyyarə qəzasından sonra xilasetmə işlərində mühüm rol oynayan qurtarma işçiləri bazar günü Aktau şəhərində keçirilən rəsmi mərasimdə təltif edilib. Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat verib.
-
İCAO qaydalarına uyğun olaraq AZAL-a məxsus təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı ilkin hesabat qəzadan 30 gün sonra ictimaiyyətə açıqlanacaq. Tengrinews xəbər verir ki, bu barədə yanvarın 5-də Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.
-
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə etdiyi çıxışın video görüntüləri yayımlandıqdan sonra Azərbaycan icmasının sərt tənqidinə səbəb olub. Ermənistan dövlətini etnik təmizləmə siyasətinə dəstək verməkdə ittiham edən icma, bu çıxışın Ermənistanın mövcud ərazisi olan Qərbi Azərbaycan İcmasının bəyanatına əsasən, azərbaycanlılara qarşı dərin köklü düşmənçiliyi və siyasətləri vurğuladığını qeyd edib.
-
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həbsdə olan icraçı direktoru Rüfət Səfərovun anası Tahirə Tahirqızının ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.
Rəy yaz