Dünyanın heç bir ölkəsində biznesin bir rəngi yoxdur. Ağ və qara rənglərin faiz nisbəti biznesin rənglər spektrini şərtləndirir. Qlobal miqyasda biznesin mühitini müəyyənləşdirən mərkəzlər var. Onların ölçü meyarları və reytinq sırlaması investorları daha çox maraqlandırır. Dünya Bankı kimi nəhəng maliyyə insitutu ölkələr üzrə reytinqi açıqlayanda investorların bütün maraqları bu nöqtəyə dikilir.
Hər zaman Azərbaycanı inkişaf etmiş qərb və Avropa Birliyi ölkələri ilə (27 ölkə) müqayisə edəndə, inkişaf səviyyərlərimizin parametrləri üzrə müxtəlifliyi əsas götürərək onu qüsurlu müqayisə adlandırırlar. Bu reytinq sıralamasında Aİ və qərb ölkələri ilə deyil, postsovet respublikaları ilə müqayisələri verilmişdir. Buyurun, növbəti ilin biznes ağacanının budaqlarının rənginə rahatlıqla diqqət edək.
Azərbaycanın reytinq pilləsində kiçicik irəliləməsi əsasən “biznesə başlamaq üçün qeydiyyat proseduru” ilə bağlı indikator üzrə baş verib. Bizim biznes mühiti ilə bağlı pozitiv irəliləyişi bayram edilənlər əsasən bir indikatora istinad edirlər. Bu indikator üzrə dəyişikliyin olmasını daha detallı və anlaşılan9 formada izah etməyə çalışacağıq. Bu “biznesə başlama” üçün qeydiyyat prosedurunda ilə bir neçə nümunəyə diqqət edin:
• Əvvələr Azərbaycan “onlayn qeydiyyat üçün elektron imza əldə edilməlidir” tələbi ilə çıxış edirdi. Bu proseduranın tələb edilməsi neqativ nəticələr doğurduğundan bu ildən mövcud tələb ləğv edildi. Beləliklə cari ildən etibarən ASAN İmza onlayn qeydiyyat üçün tələb olunmur.
• Əvvəlki ildə Azərbaycan “İşçilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçirilməsi” kimi tələb var idisə, indi o aradan qaldırılmışdır.
• Əvvəlki illərdə “qeydiyyat prosedurların sayı 3” idisə, hazırda bu rəqəm 1-dir.
• Günlərin ortalama gün sayı 3,5 idisə, indi bu yarı günə (0,5) enmişdir.
• Əvvəllər bu proseduaralar üçün bizneslə məşğul olan şəxs 90 manat xərcləyirdisə, indi heç bir manat xərcləmir.
Deməli, hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 günə endirilmiş, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv edilərək prosedurun tam ödənişsiz olması müəyyən edilmişdir. Bu dəyişikliyin özü biznesə başlama üçün əsas maneələrin aradan qaldırılması üçün “uğur hekayəsi” kimi qiymətləndirilib. Halbuki, sahibkarlıq subyektlərinin əsas problemi biznesə başlamaq üçün tələb olunan simvolik gün və qeydiyyatla bağlı yox, daha çox real məzmunlu biznesə dəstək proqramlarına əlyetərliliyin və əlverişli investisiya mühitinin olmaması ilə bağlıdır.
Biznesin əsas problemi məsələn, deyək ki, biznes subyektlərinin kredit resurslarına çıxış imkanlarının olmaması ilə bağlıdır. Və ya satınalmalarla bağlı tenderlərin şəffaf keçirilməməsi və satınalama qaydalarında keyfiyyətcə yeni bir dəyişikliklərin baş verməməsidir. Çox maraqlıdır ki, hökumət satınalmalarla bağlı ciddi bir problemi mahiyyətcə həll etmək əvəzinə nəticəli fəaliyyəti bu cür əsaslandırıb: “Satınalan təşkilatla qalib malgöndərən arasında müqavilə vahid internet portalında elektron qaydada bağlanır.” Əgər katirovkanın və proseduarnın özü şəffaf meyarlarla həyata keçirilməyibsə, tərəflər arasında müqavilənin bağlanması hansı məna kəsb edir? Və ya nəticəvi fəaliyyətlə bağlı növbəti əsaslandırmaya bu cür şərh verir: “Tender təklifinin təminatının 1-5% səviyyəsindən 1% səviyyəsinə endirilib.” Halbuki, tender təkliflərinin səviyyəsi ən yaxşı qiymətə və keyfiyyətə malik mal və xidmətlərin satınlaması üçün əsas sayıla bilməz. Və ya hökumətin başqa bir özünə bəraət qazandırma cəhdlərinə diqqət edək: “Dövlət satınalmaları üzrə şəffaflıq və səmərəlilik artırılıb, şikayətlərə baxılması müddəti 20 bank günündən 10 bank gününə və qərar elektron qaydada təqdim olunmaqla müddət 3 bank günündən 1 bank gününədək azaldılıb.” Yenədə hökumət fərqində olmalıdır ki, şikayətin müddətinin azaldılması satınalma prosesinin mahiyyətinə keyfiyyətcə heç bir yenilik gətirmək gücündə deyil.
Sadaladıqlarım indikatorlara dövlətin xətti iqtisadi qurumları “uğurlu islahat” adı verib. Halbuki, bizneslə bağlı fundamental və real məzmunlu islahat o zaman adlana bilər ki, bizneslə bağlı problemlərin bir neçə indikatorlar üzrə yaxşılaşdırılsın. Onlara aşağıdakılar aid etmək olar: tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakın qeydiyyatı, kreditlərin alınması, kiçik investorların maraqlarının qorunması, vergilərin ödənilməsi, azad xarici ticarətin aparılması, müqavilələrin icrasının yüksək səviyyədə təmin edilməsi, müflisləşmənin həlli dövlət satınalmaları sahəsində atılası addımlar, antiinhisar tədbirləri və rəqabəti təşviq edən tədbirlərin davamlı həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Deməli, “Douing Business” hesabatı üzrə qiymətləndirmələr nəticəsində 10 indikator üzrə keyfiyyətcə yeni yanaşmalar tələb olunur.
Rəy yaz