Açıq mənbələrdən foto

Açıq mənbələrdən foto

Yanvarın 13-də keçirilən müşavirədə dövlət başçısının bir çox nazirlərə təqdiqi təkcə idarəetmədə olan nöqsanlarla bağlı deyildi. Bu bir idarəetməyə yanaşma tərzidir. Maliyyə naziri Samir Şərifova münasibətdə “mən sual verirəm, sən leksiya söyləyirsən” ifadəsi təkcə xarici borcla bağlı təfsilatlı izahata reaksiya deyildi.

Xarici borcdan söz düşmüşkən... Ən böyük suç Beynəlxalq Bankın 10 milyard manatdan artıq vəsaitinin göyə sovrulması deyildimi? O zaman Beynəlxalq Bankın Müşahidə Şurasının sədri olmuş Samir Şərifov ümumiyyətlə iqtisadi komandadan getməli idi. Komanda üzvü olmaq eyni dəyərləi bölüşmək məsuliyyətidir. Komanda üzvü olmaq adekvat münasibəti gözləməklə bağlıdır. Komanda üzvü olmaq gördüyün hər bir yaxşı işə görə mükafat, pis işə görə cəza almaq məsuliyyətidir. Bu ölçü meyarı itibsə, istənilən ötəri tənqid belə yaşamaq haqqı qazanacaq.

Azərbaycanda indiki iqtidarın idarəetmə təfəkkürü tamam fərqli meyarlarla formalaşıb. Onlara elə gəlir ki, komanda üzvləri pis işləyirsə, onları bircə dəfə tənqid edib və ya ləkələyib çıxarmaqla özlərini sığortalamış olurlar. Birini çirkaba batırmaqla özünü çirkabdan kənar saxlamış olursan. Amma nəzərə almırlar ki, həmin nöqsan sadəcə idarəetmədəki nəticədir. Həmin nəticəni ortaya çıxaran çoxlu sayda səbəblər vardır ki, onlar vaxtında ortaya çıxarılmalı idi. Onların mübhəm saxlanılması və sirr pərdəsinə bürünməsi sadəcə rəhbər şəxslərin effektiv nəzarət mexanizmlərinin olmaması və koordinasiya işinin yaxşı aparılmaması ilə bağlıdır. 

Müasir idarəetmə elmi sübut edib ki, mühüm səlahiyyət sahiblərini nə qədər açıq və sərt tənqidlərə qonaq edirsənsə, bu onun işgüzarlığına nəinki yaxşı təsir göstərmir, onları daha çox demotivasiya edir. Vəzifəli şəxslərin işgüzar reputasiyaları zədələnirsə, onlar bundan uzun müddət ayağa qalxa bilmir. Xüsusuilə onlarda məsuliyyət hissi üstündürsə və komandaya çoxlu sayda tellərlə bağlıdırsa, o zaman resputasiyasının bərpası çox çətin və uzun çəkir. Başqa sözlə reputasiyanın zədələnməsi demotivasiya yaradır, motivasiyanı gücləndirmir. Bu baxımdan çoxmilyonlu əhali qarşısında komanda üzvlərinə sərt tənqidi çıxışlar və gözdənsalma tezislər bir komandanı yıpradır.

İdarəetmədə “bütpərəstliyin” zərərləri

Bütpərəsliyin fəsadlarının sayı ölçüyəgəlməzdir. Onun zərərlərini hətta cəmiyyətə sırıyanlar da dərk etməyə başlayıblar. Dahi rəhbər və əvəzolunmaz lider ritorikası uzun illər cəmiyyətdə həzm olunması ideoloji təbliğat aparıldı.  Bütün uğurlar bir nəfərin adına yazılırdı. İndi eyni məntiqlə də gərək bütün uğuruslzuqlar da həmin şəxsin adı ila assosasiya olunsun.  Onda həmin komanda da təmsil olunanların tövhəsi nədən ibarət imiş ziddiyyəti meydana çıxmış olur.  

İdarəetmənin keyfiyyətini daha yaxşı bəlkə də rəssamlar ifadə edir. Necə ki, göz gördüklərinin şəklini çəkərək beynimizə ötürür. Dövlət də özünün idarəetmə keyfiyyətinin nəticəsində formalaşdırdığı xalqın şəklini çəkərək cəmiyyətin yaddaşına ötürür. Əslində idarəedənlər bununla da xalqa “bu sənsən” mesajın verir. Əslində bu cür zövqsüz təsvir xalqa iftira atmaq kimi bir şeydir. Halbuki, belə bir situasiya bir iqtidarın cəmiyyət üzvlərinin əz zəiflərindən komanda yaratması ilə bağlıdır. 

Dövləti yönəldən şəxslərdir. Azərbaycanda dövlət idarəçiliyinə can atanlar bəlkə də daha çox öz bizneslərinin idarəçiliyi üçün gəlirlər. Xarici ölkəyə milli maraqların müdafiəsi üçün getməlidirlər, amma xaricdəki bizneslərinə baş çəkmək üçün gedirlər. Böyük maddi zənginliklərinə görə utanmaq yerinə, həmin zənginlikləri ilə fəxr edirlər. Xalqın xidmətçisi yox, ağalıq etmək ədaları daha çox qəzəb yaradır. Xalqa ödəməli olduqları borclarını haqqında düşünmürlər. Öhdəlik və vəzifələrindən daha çox, hüquqlarından və səlahiyyətlərindən necə istifadəsi haqqında düşünürlər. Ona görədir ki, xalqdan daha çox ondan minnətdarlıq umacaqları var.

 

Vaxtı ilə Alman psixoanalitiki Ziqmund Freyd deyirdi ki, cəmiyyət özünün idarəçiliyini bir xilasedici şəxsə etibar etdikcə, o heç zaman təkamül yolu keçə bilməzlər. O, ümidlərini bir sehrli bir çubuğa bağladıqca sabahı yaxşı olmayacaq. Onu yönəldən gəldi-gedər şəxslər və müvəqqəti insanlar yox, məhz yetkin və bacarıqlı komandalar irəli apara bilərlər. Məhz buna görə biz də XXI əsrin idarəetmə ilə bağlı əsas dərslərini özümüz üçün qəbul etməliyik: davamlı uğurlar hətta bir dahiyanə şəxsdən yox, vahid orqanizmi təşkil edən komandanın bütöv gücündən asılı olur! 

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti