KTMT hakimiyyət–cəmiyyət böhranını etiraf etmir
KTMT-yə üzv dövlətlərin liderlərinin bazar ertəsi Moskvadan yayımlanan onlayn iclası Qazaxıstanda son siyasi böhranın təfsiri məsələsində ümumi həmrəyliyi üzə çıxarıb – xarici müdaxilə.
Hadisələrin bu cür qarşılanmasına Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev istiqamət verib – vəziyyət hüquq-mühafizə orqanları tərəfindən terror təhdidi və təcavüz aktı kimi tövsif edilib.
Sonradan bütün çıxış edənlər postsovet məkanında, xüsusən öz ölkələrində böhran vəziyyətini xarici müdaxilənin və yeni dövlətlərdə sabitliyin pozulması strategiyasının nəticəsi kimi dəyərləndiriblər.
Nə Tokayev, nə də başqa biri inqilab şəraitində xalq kütlələrinin çıxışlarının əsas səbəbləri haqqında danışmayıb. Bu məsələdə hamı həmrəy olub – heç bir daxili sosial-iqtisadi və ictimai-siyasi gərginlik xalqın etiraz ifadə etməsinə bəraət qazandıra bilməz.
Çıxışlardan belə bir məna çıxırdı ki, xalqın narazılığını ifadə etmək hüququ yoxdur və istənilən belə bir narazılıq ifadəsi xarici düşmən qüvvələrin, ilk növbədə Qərbin təhrikedici fəaliyyətinin nəticəsi kimi qiymətləndirilir, Belarus lideri Aleksandr Lukaşenko buna diqqət çəkib.
Qazaxıstanda vəziyyətin nisbətən normallaşmasından sonra inqilabi vəziyyətin konseptual əsasını – iqtisadiyyatın böhranını, hakimiyyətin cəmiyyət qarşısında hesabatlılıqdan imtinasında, cəmiyyətin ifadə azadlığının boğulmasında özünü göstərən hakimiyyət-cəmiyyət münasibətlərinin böhranını etiraf etməkdən imtina ölkənin böhrandan çıxmasını təmin etmək iqtidarında deyil. Bu, artıq ictimai etiraz dalğaları yaşamış və növbəti belə təhdidlərin gözlənildiyi digər avtoritar ölkələrə də aiddir.
5 dövlət liderinin iclasda qalıqlarını təmisl etdiyi Sovet ölkəsinin əcdadı olan Lenin inqilabi vəziyyətin üç əlamətini qeyd edirdi:
1. Yuxarılar əvvəlki kimi idarə edə bilmir – hakim sinfin (müasir dildə - oliqarxat) öz hakimiyyətini dəyişməz şəkildə saxlamaq imkanının olmaması.
2. Aşağılar əvvəlki kimi yaşamaq istəmir – məzlum siniflərin adi ehtiyaclarının və bədbəxtliklərinin kəskin şəkildə artması və onların öz həyatlarını yaxşıya doğru dəyişdirmək istəyi.
3. Həm bütün böhran şəraitinin, həm də “yuxarıların” özlərinin müstəqil tarixi çıxışa cəlb etdiyi kütlələrin fəallığının xeyli artması.
Onlayn iştirakçılar məhz bu inqilaböncəsi əlamətləri etiraf və təhlil etmək istəmirdilər. Bu iclas üçün fikrin sərbəst şəkildə improvizasiyasının olmaması səciyyəvi idi – bütün çıxış edənlər hazır və bənzər məruzələr oxuyurdular. Bu, toplaşanların əsaslı və səmimi söhbət aparmağa hazır olmadığını göstərir, bu da bütün böhran növlərinin əhatə etdiyi MDB məkanı üçün yaxşı heç nə vəd etmir.
Yeganə ümid bəxş edənn iclasda iştirak etməyən, elə həmin gün qısamüddətli məzuniyyətə gedən Qırğızıstan prezidenti Sadır Japarov olub. Xalqın iradəsini bildirməsi nəticəsində hakimiyyətə gələn bu siyasətçi qazax qardaşlarının taleyinə şərik olan həmvətənlərinin etibarının qədrini bilir.
Analitika
-
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana rəsmi səfəri vacib diplomatik addım və iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Prezident Tokayevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 15-də keçirilən görüşdə əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında davam edən gərginliyin azaldılmasına yönəlmiş birgə bəyanat imzalanıb.
Rəy yaz