Mənzərə yaxşı deyil, bazarı qorumaq üçün istehsal artırılmalıdır
Kənd təsərrüfatı
-
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən apardığımız hesablamalar göstərdi ki, 2024-cü ildə əvvəlki ilə nisbətən yeyinti məhsulları idxalı dəyər ifadəsində 14,5%, o cümlədən heyvandarlıq məhsulları idxalı 30,6% artıb. Əvvəlki ilə nisbətən 2024-cü ildə diri heyvanların idxalı dəyər ifadəsində 23,6% azalsa da, ət idxalı fiziki çəkidə 40,7%, dəyər ifadəsində 49,3%, süd və qaymaq idxalı fiziki çəkidə 22,1%, dəyər ifadəsində 3,6%, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı isə fiziki çəkidə 78,4%, dəyər ifadəsində 87,8% artmışdır.
-
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda 1 milyon 685,7 min ton buğda istehsal olmuşdur. Komitə onu da qeyd etmişdir ki, keçən il buğdanın məhsuldarlığı 30,9 sentner təşkil edib.
-
2024-cü ii: Əvvəlki illərdə olduğu kimi kənd təsərrüfatında mütəxəssis, peşəkar kadr qıtlığı, suvarma suyu, keyfiyyətli toxum, gübrə, pestisid çatışmazlığı problemi öz həllini tapmayıb
-
Getməkdə olan 2024-cü ildə Azərbaycan daha çox, rekord səviyyədə yeyinti məhsulları idxal etmişdir. Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2024-cü ilin 11 ayında yeyinti məhsulları idxalı 10,8% artmışdır. Dövlət Gömrük Komitəsinin təqdim etdiyi məlumata əsasən, apardığımız hesablamalar göstərdi ki, bu ilin 11 ayında ölkəyə 2 milyard 192 milyon 644 min dollar dəyərində yeyinti məhsulları idxal edilmişdir ki, bu da keçən ilin anoloji dövrü (1 978 667 min dollar) ilə müqayisədə 213,9 milyon dollar çoxdur.
Rəy yaz