Ermənistanın Baş naziri Nikol Paşinyan (solda mərkəzdə) və Azərbaycan Prezidenti İlham Əliyev (sağda mərkəzdə)  2024-cü ilin fevralında Berlində görüşüblər.

Ermənistanın Baş naziri Nikol Paşinyan (solda mərkəzdə) və Azərbaycan Prezidenti İlham Əliyev (sağda mərkəzdə) 2024-cü ilin fevralında Berlində görüşüblər.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına son qoyan və bununla da  Cənubi Qafqazda güc bölgüsünü və geosiyasi mənzərəni fundamental şəkildə dəyişdirən 44 günlük müharibədən dörd il ötür. Danışıqlar davam etdikcə, hərtərəfli sülh sazişi əlçatmaz olaraq qalır.

Qısa, lakin intensiv müharibə 10 noyabr 2020-ci ildə Rusiyanın vasitəçiliyilə atəşkəslə başa çatdı ki, bu da Azərbaycana 1990-cı illərin əvvəllərində itirilmiş əraziləri üzərində nəzarəti bərpa etməyə imkan verdi. Bu, atəşkəs rejiminə nəzarət etmək və bölgədə sabitliyi qorumaq üçün rusiyalı sülhməramlıları da gətirib gəldi. Ancaq bu razılaşma əsas problemləri qismən həll etdi və hər iki ölkəni gərgin qeyri-müəyyən vəziyyətə saldı.

Atəşkəsdən sonra bir neçə mühüm hadisə münaqişənin trayektoriyasını müəyyənləşdirdi. 2023-cü ilin sentyabrında Azərbaycan Ermənistanın nəzarətində qalan Dağlıq Qarabağ rayonlarını geri qaytarmaq üçün birgünlük hərbi əməliyyata başladı. Bu sürətli hücum qondarma Dağlıq Qarabağ Respublikasının buraxılmasına və 70000-dən çox etnik erməninin Ermənistana köçməsinə gətirib çıxardı. 2024-cü ilin aprelində Rusiya sülhməramlıları Dağlıq Qarabağdan çıxmağa başladı (2025-ci ilin əvvəlinə planlaşdırılmışdı) ki, bu da regional təhlükəsizlik dinamikasında əhəmiyyətli  dəyişiklik oldu. O vaxtdan  Ermənistan və Azərbaycan sərhədin demarkasiyasına başladılar -  2024-cü ilin mayında ilk sərhəd nişanını quraşdıraraq sərhədlərin dəqiqləşdirilməsinə yönəlmiş addım atdılar, lakin bu addım nəzərdə tutulan ərazi güzəştlərinə görə Ermənistanda etirazlara səbəb oldu.

İrəliləyişə baxmayaraq, bir neçə problem sülh sazişinə mane olur. Azərbaycan bildirir ki, Ermənistan Konstitusiyası onun torpaqlarına ərazi iddiaları ehtiva edir və bunu sülhə maneə kimi görür. Əsasən, Ermənistan Konstitusiyasında Dağlıq Qarabağın Ermənistanın bir hissəsi kimi tanınması həssas məqam olaraq qalır. Ermənistan daxili müxalifətə və hüquqi çətinliklərə istinad edərək, 2027-ci ilə qədər taym-aut götürməklə bu bənddə dəyişiklik etmək istəmir. Ermənistan vətəndaşları güzəştlərdən narazılıqlarını bildirərək, onları ata-baba torpaqlarının itirilməsi kimi qəbul edirlər. Bundan əlavə, hər iki ölkə gələcək hərbi əməliyyatlara qarşı zəmanət axtarır. Ermənistan öz əhalisi üçün təhlükəsizlik zəmanəti tələb edir, Azərbaycan isə xarici müdaxilə olmadan öz ərazi bütövlüyünün tanınmasına israr edir.

Sülh prosesi həmçinin Moskva, Vaşinqton və Parisin müxtəlif yanaşmalarının təsiri altında formalaşıb. Rusiyanın ənənəvi vasitəçilik təsiri ölkənin Ukrayna münaqişəsinə və Ermənistanla gərgin münasibətlərə yönəlməsi səbəbindən zəifləyib. Rusiya sülhməramlılarının erkən çıxması onun rolunu daha da azaldıb. ABŞ Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları təşviq edərək, danışıqların bir neçə raundunu təşkil edib. Lakin Vaşinqtonun iştirakı qərar qəbul etdirməklə yox, dialoqa yardım göstərməklə məhdudlaşıb. Fransa Ermənistanı dəstəkləyərək, eyni zamanda, tezliklə sülh sazişinə çağıraraq və regional sabitliyi önə çəkərək ikili mövqe tutub. Fransalı rəsmi şəxslər  hər iki tərəfi COP29 iqlim konfransı kimi böyük beynəlxalq tədbirlərdən əvvəl sazişi tamamlamağa çağırıblar.

Sülh müqaviləsinin bağlanmasını sürətləndirmək üçün Ermənistan öz konstitusiyasına düzəlişlər etməlidir, ərazi iddiaları kimi qəbul edilən  müddəaları aradan qaldırmalıdır ki, bu da Azərbaycanın əsas problemlərindən birini həll edəcək. Münasibətlərin normallaşmasına zəmin yaratmaq üçün hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü rəsmi olaraq tanımalıdır. Gələcək hərbi əməliyyatların qarşısının alınması mexanizmləri potensial olaraq beynəlxalq zəmanətlər vasitəsilə tərəflər arasında inamı möhkəmlədə bilər. Neytral beynəlxalq vasitəçilərin cəlb edilməsi fikir ayrılıqlarını aradan qaldırmağa kömək edə bilər və kompromisə kömək etmək üçün qərəzsiz baxış təklif edə bilər. Hökumətlər həmçinin "vətəndaş diplomatiyası"nı işə salmalı və vətəndaş cəmiyyətini sülh prosesinə cəlb etməli, ictimai dəstəyi təşviq etməli, əhalinin aşağı təbəqələrinin problemlərini həll etməli və  bununla da istənilən sazişin  legitimliyini və dayanıqlığını artırmalıdırlar.

Ermənistan və  Azərbaycan arasında möhkəm sülhün əldə olunması köklü problemlərin daimi dialoq və beynəlxalq dəstək vasitəsilə həllini tələb edir. Bu, faktdır ki, maneələr qalmaqdadır, amma davam edən barışıq səyləri Cənubi Qafqazda davamlı sabitlik üçün perspektivlər açır.

Rəy yaz

Qafqaz

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti