Novruz Məmmədov. azertag.az

Novruz Məmmədov. azertag.az

Aprelin 21-də Azərbaycan parlamenti 71 yaşlı Novruz Məmmədovun baş nazir postuna təyin edilməsi ilə bağlı respublika prezidentinin təqdimatını təsdiqləyib. O, bu postda 83 yaşlı Artur Rəsizadəni əvəzləyib.

Hökumət başçısının hazırkı təmsilçilik statusunu və N.Məmmədovun şəxsiyyətini ehtiva edən bu prosedur göstərir ki, ali hakimiyyətin təhlükəsizliyi və dayanıqlığı məsələsi iqtisadiyyata nisbətən prioritetdir.

2002-ci ildən bəri dövlət sistemində baş nazir vəzifəsi prezidentdən sonra ikinci vəzifə idi ki, prezidentin iş qabiliyyəti olmadıqda ölkənin idarə olunmasını təmin etsin.

Bütün bu illərdə Artur Rəsizadə bu vəzifəni müvəffəqiyyətlə tutub və 2003-cü ildə hakimiyyətin Əliyevdən (böyük) Əliyevə (kiçik) ötürülməsində fərqlənib.

2016-cı ildə prezident İlham Əliyev referendum yolu ilə birinci vitse-prezident postunu yaratmaqla varislik məsələsini möhkəmləndirdi və bu posta öz həyat yoldaşı Mehriban Əliyevanı təyin etdi.

Hələ iki vitse-prezident vəzifəsi vakant olaraq qalır. Ancaq yenə də baş nazir icra hakimiyyəti ierarxiyasında üçüncü şəxsdir.

Təhlükəsizlik məsələsinin öz prioritetliyini saxlamasından isə o fakt xəbər verir ki, N.Məmmədov iqtisadiyyatda önəmli fiqur deyil və qərarların qəbulunda tam olaraq iştirak edə bilməz, həmçinin hakimiyyətdaxili qruplaşmaların mübarizəsində diqqəti çəkməyib, müstəsna olaraq prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi rolunu icra edib.

Yəni, baş nazir kürsüsünə məhz belə adam lazımdır - liderliyə iddiası olmayan, sadiq və fors-major durumda lazımi qərar qəbul etməyi bacaran.

Göründüyü kimi, İlham Əliyev iqtisadiyyatın prezident hakimiyyəti tərəfindən idarə edilməsi üzrə mövcud sistemi saxlayacaq, prosesə birinci vitse-prezidenti də cəlb etməklə bir qədər genişləndirəcək. Belə ki, ötən ilin fevralında təyinatdan sonra sosial-iqtisadi blokun idarə olunması üzrə səlahiyyətlərin bir hissəsi ona həvalə edilib.

Ötən il Turan proqnozlaşdırmışdı ki, birinci vitse-prezident sistemdə institusional islahatlardan sonra və 2016-cı ildə qəbul edilmiş islahatlara dair yol xəritəsi çərçivəsində bu istiqamətdə fəallaşa bilər.

11 aprel seçkilərindən sonra başlayan institusional və kadr dəyişiklikləri belə söyləməyə əsas verir ki, təhlükəsizlik məsələsinin prioritet olması ilə yanaşı hər halda iqtisadi islahatlar da ön plana çıxacaq.

Rəy yaz

Analitika

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti