Ким Чен Ын и  Дональд Трамп © AP Photo/Evan Vucci

Ким Чен Ын и Дональд Трамп © AP Photo/Evan Vucci

Budur, hadisələrin gözlənilmədən dönüşü. Donald Tramp və Kim Çen Ir görüşdü. Bu, çərşənbə axşamı, 2018-ci il iyunun 12-də baş verdi. Bu tarixi yadda saxlayacağıq. Onu da nəzərə alacağıq ki, Tramp bir neçə dəfə qeyd etmişdi ki, ilk dəqiqələrdə aydın olacaq ki, bu danışıqlar istənilən nəticə verəcək ya yox, əgər qərara alsa ki, Kim Çen Ir ciddi danışıqlar aparmaq əhval-ruhiyyəsində deyil, görüşü saxlayacaq. O həmçinin bildirib ki, görüşün yekunları ilə bağlı heç bir sənəd imzalamaq niyyətində deyil. Tramp danışıqlardan qaçmadı, Tramp onları keçirdi.

Öncə 45 dəqiqə təkbətək görüş (təbii ki, tərcüməçilərin iştirakı ilə) keçirilib, sonra bir saat yarıma yaxın geniş formatda görüş olub və işgüzar nahara keçib.

Nümayəndə heyətlərinin tərkibi kifayət qədər ciddidir, danışıqlardan öncə məsləhətləşmələr aparılıb.

Donald Tramp və Kim Çen Ir görüşün yekunlarına dair birgə bəyannamə imzalayıblar. ABŞ və KXDR liderləri uğurlu sammitə görə bir-birinə təşəkkür ediblər. ABŞ prezidentinin sözlərinə görə, Sinqapurda imzalanan sənəd çoxtərəflidir. "Biz çox vacib sənədi imzalayırıq. Sənəd yetərincə hərtərəflidir", - o deyib. "Hər ikimiz bu sənədin imzalanmasından məmnun qaldıq".

KXDR lideri bildirib ki, dünya tarixi sammitin yekunlarına əsasən böyük dəyişiklikləri görəcək. "Dünya böyük dəyişiklikləri görəcək. Bu görüşün baş tutmasına görə prezident Trampa təşəkkür etmək istəyirəm". O qeyd edib ki, KXDR və ABŞ "keçmişi unutmağı" qərara alıblar və "yeniliyin astanasındadırlar". Danışıqların əsas predmeti nədən ibarətdir? Tərəflər üçün bu, fərqlidir. ABŞ Koreya yarımadasında sülhü bərqərar etmək istəyir və onun denuklearizasiyasına (yəni, KXDR-in nüvə arsenalının məhv edilməsi) nail olmaq istəyir. KXDR öz təhlükəsizliyinə zəmanət almaq istəyir və burada necə deyərlər, ABŞ-ın zəmanəti çox böyükdür.

Dövlət katibi M.Pompeo ABŞ-ın mövqeyini açıqlayıb: Əgər KXDR nüvə silahından imtina edərsə ABŞ onun təhlükəsizliyinə zəmanət verməyə hazırdır. Eyni zamanda o vəd edib ki, əgər diplomatik yanaşma baş tutmasa KXDR-ə təzyiqlər davam edəcək, hətta güclənəcək. Bu arada MKİ proqnozlaşdırır ki, Şimali Koreya nüvə silahından imtina etməyəcək.

BBC məlumat verir ki, bəyannamədə dörd əsas bənd var:

- ABŞ və KXDR sülh və çiçəklənməyə nail olunması ilə bağlı bu dövlətlərin xalqlarının istəyinə uyğun

olaraq ölkələr arasında münasibətlərin qurulmasına dair öhdəlik götürürlər;

-ABŞ və KXDR Koreya yarımadası ərazisində dayanıqlı və davamlı sülhün bərqərarı üçün birgə səy

göstərəcəklər;

- KXDR 2018-ci il aprelin 27-də imzalanmış Pxanmuncom bəyannaməsinə sadiq olduğunu bildirir və

Koreya yarımadasının nüvə silahından tam azad edilməsinə tərəfdardır;

- ABŞ və KXDR hərbçilərin və itkin düşənlərin cəsədlərinin qaytarılması ilə bağlı öhdəlik götürür,

bura identifikasiya olunmuş cəsədlər də daxildir;

- Həmçinin Birləşmiş Ştatlar Pxenyanın öz nüvə proqramından imtina etməyə razı olmasının cavabında Kim Çen Inın şəxsi təhlükəsizliyinə zəmanət vəd edir.

Görüşün tarixçəsi

Bir tərəfdə SSRİ və Çinin, digər tərəfdə ABŞ və bir qrup müttəfiqinin himayə etdiyi şimal və cənub arasındabaşa çatmamış müharibənin (25 iyun 1950-ci il- 27 iyul 1953-cü il) yekunlarına əsasən Koreya iki zonaya ayrıldı. Bu ərazilərdə bir-birinə düşmən olan KXDR və Koreya Respublikası (KR) yaradıldı. Öz himayədarlarının dövlət quruluşuna tam uyğun olaraq KXDRsosialist totalitarizmini təsis etdi, KR isə hərbi diktaturalardan sonra demokratiyanı bərqərar etdi. Nəticə göz önündədir - yoxsul, beynəlxalq təcriddə olan, hərbiləşdirilmiş KXDR və çiçəklənən KR. Problem ondadır ki, nüvə silahının (o cümlədən deyilənlərə görə, hidrogen bombasının) sahibi olan KXDR bunu öz təhlükəsizliyinə və həm silahın özünün, həm də onun daşıyıcısının vaxtaşırı sınaqdan keçirilməsinə əsaslanan özünəməxsus xarici siyasətini yürütməsinə layiqli arqument hesab edir.

KXDR "şər imperiyası"nda adı keçən ölkələrdən biridir. Ancaq beynəlxalq tədbirlər ona qarşı tətbiq edilən sanksiyalardan ibarətdir. 2017-ci il iki Koreya arasında gərginlik pik nöqtəsinə çatdı və başa çatmamış müharibənin yenidən başlanmasının mümkünlüyünü ortaya qoydu.

Və budur, gözlənilmədən hadisələrdə dönüş yarandı. Dünya biləcək ki, D.Tramp Kim Çen Ir ilə görüşə hazırdır. Dünya iki Koreya liderinin qardaşcasına görüşünü izləyir və s. Seçilmiş xarici (və açıq desək, həm də daxili) siyasətinə tam uyğun olaraq D.Tramp nəzərdə tutulan görüşdən imtina edir ki. növbəti gün bildirsin ki, belə görüş tarixin xarabalıqlarına çevrilməyəcək.

Dəqiqləşdirilməmiş məlumat var ki, Kim Çen In Trampı iyulda Pxenyana dəvət edib və orada yüksək səviyyədə ikinci görüşü keçirməyi təklif edib. Guya, bu təklif iyunun 1-də Trampa təqdim edilə məktubda irəli sürülüb.

Gizli və aşkar olanlar

Lakin Kim Çen In özünün gizli və aşkar himayədarlarını yaddan çıxarmır. Baş verən hadisələrin sırasında Kim Çen Inın Rusiyaya səfəri var. Mayın 31-də Pxenyanda səfərdə olan RF XİN rəhbəri S.Lavrov Kim Çen Inı yüksək səviyyədə danışıqların aparılması üçün Rusiyaya dəvət edib. Lavrovun sözlərinə görə, görüş zamanı KXDR lideri bildirib ki, onun ölkəsinin "Koreya yarımadasının denuklearizasiyası ilə bağlı iradəsi dəyişməz, ardıcıl və qəti olaraq qalır". O qeyd edib ki, "bütün tərəflərin maraqlarına uyğun həll yolunun tapılmasını istəyir".

Çinin öz problemləri var - Koreyanın birləşməsi hazırda Cənubi Koreyada yerləşən Amerika qoşunlarını Çin sərhəddinə doğru irəlilədəcək. Odur ki, KXR və KXDR arasında danışıqları gözləmək olar.

Nəhayət, Kim Çen Inın niyyətinin ciddi olması barədə: ABŞ prezidenti Donald Tramp ilə görüşdən öncə KXDR lideri ölkənin hərbi komandanlığının üç yüksək vəzifəli nümayəndəsini (xalq silahlı qüvvələr naziri, Baş Qərargah rəisi və ordunun Baş Siyasi İdarə rəisi) dəyişib. Belə hesab olunur ki, əvvəlki rəhbərlik konservativ olub və KXDR-in nüvə proqramının dayandırılması barədə mümkün qərarı alqışlamayıb. Hərbiləşdirilmiş Şimail Koreyanın ortodoksal komandanlığının dəyişdirilməsi əldə olunmuş razılaşmaların reallaşmasına və Koreya yarımadasının yenidən qurulması yolunda gözlənilməz fövqəladə hadisələrin azaldılmasına ümid etməyə əsas verir.

Rəy yaz

Analitika

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti